Get Adobe Flash player

Saleh möminlər həyatları boyunca qarşılaşdıqları bütün çətinliklərdə Allahın razılığını qazanmağı nəfslərinin mənfəətlərinə  seçərlərkən, bir qisim insanlar bu əxlaqı yaşamaqdan şiddətlə qaçarlar. Quran əxlaqını bilən, başqalarına da bu əxlaqı nəsihət edib Müsəlmanlara dəstək olmanın əhəmiyyətini izah edən, hətta həyatda bundan başqa məqsədləri olmadığını tez-tez dilə gətirən bu insanlar çətinlik anında bu sözlərini bir anda unuda bilməkdədirlər. Hətta bəzən çətinliklərlə qarşılaşmadan, çətinliyə girmə ehtimalı meydana gəldiyi anda  da geri çəkilə bilməkdədirlər.

Şübhəsiz bunun ən əhəmiyyətli səbəblərindən biri, dünya həyatına dair işlərin və fərdi problemlərin bu kəsləri əyləndirməsidir. Bu kəslər bütün bunları Allahın razılığını qazanıb axirət həyatlarını qurtarmaqdan daha əhəmiyyətli görərlər. Yaxşı bir peşə əldə etmək, bir ailə qurmaq, gələcəyə istiqamətli maddi və mənəvi sərmayələrdə olmaq bu kəslərin əsl diqqətlərini verdikləri mövzular halına gəlir və onları Allahın razılığına görə yaşamaqdan saxlayar. Halbuki Allah, dünya həyatı ilə əylənənlərdən olmamaları üçün bu insanları Quran ayələriylə belə xəbərdar etmişdir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur Surəsi, 37)

Ayələrdə bildirilən mallar və uşaqlar, Allahın insanlar üçün yaratmış olduğu nemətlərdir. Əlbəttə insan yaxşı bir peşə əldə etmək, bir ailə qurmaq ya da ticarət kimi qazanc gətirəcək bir iş sahibi ola bilmək üçün səy göstərə bilər. Ancaq bunların heç biri, heç bir zaman adamın əsl həyatda məqsədi halına gəlməməli, ona Allahın zikrini, axirət üçün səy göstərməyi, Allahın razılığını axtarışı unutdurmamalıdır. Əksinə hər biri Quran əxlaqını daha yaxşı yaşamasına, Allahın razılığını qazana biləcəyi daha çox imkan tapa bilməsinə vəsilə olmalıdır. Əksinə isə, yuxarıdakı ayələrdə “onlar hüsrana çatanların da özləridir” hökmüylə ifadə edildiyi kimi, bunlar adamın dünyada və axirətdə hüsrana çatmasına və böyük günah yüklənməsinə səbəb ola biləcək mövzulara çevrilə bilər.

Dünya həyatındakı mənfəətləriylə əylənən və fədakarlıq mövzusunda lazım olan səyi göstərməyən bu kəslər, Allahın gücünü, iman edənlər üzərindəki rəhmətini, hər vaxt üçün onların vəlisi, dostu və köməkçisi olduğunu lazımı kimi qavraya bilməmişlər. Bu kəslər qarşılarına çıxan çətinlikləri meydana gətirənin Allah olduğunu, bu çətinliklərlə sınandıqlarını gözardı edər, insanların müstəqil güc və qüdrət sahibi olduqlarını düşünərlər. Onlar insanların özlərini zərərə sala biləcəklərini sanar, bundan ötəri də qorxuya qapılarlar. Quranda bu insanların vəziyyətinə belə bir nümunə verilmişdir: Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə döyüşə qatılacaq olan kəslərdən bəziləri, insanların özlərinə zərər verməsindən qorxuya qapılmış və geri çəkilmək istəmişlər. Quranda bu rəftar içərisindəki kəslərə Allahın üzərlərindəki köməyi və təvəkkül etmələri bildirilmişdir:

(Ya Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!  (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun! (Al-İmran Surəsi, 121-123)

Peyğəmbər Əfəndimiz (s.ə.v) dövründə, fədakarlıqda dözümlülük göstərə bilməyən, çətinliklər qarşısında yorqunluğa qapılan çox müxtəlif nümunələrə rast gəlinmişdir. Xüsusilə də çətinliyin artıb daha çox fədakarlıq göstərilməsi lazım olan vəziyyətlərdə bu rəftar pozuqluğu yaxşıca diqqətə gəlmişdir. Peyğəməbrimiz (s.ə.v), bu kəsləri “O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?” (Al-İmran Surəsi, 124) ayəsiylə müjdələmiş, müvəffəqiyyətin ancaq Allahın köməyiylə olduğunu xatırlatmışdır. Ancaq fədakarlıqdan qaçan bu kəslər yenə də müxtəlif bəhanələrin ardında gizlənərək Peyğəmbərimiz (s.ə.s.)dən geridə qalmaq üçün icazə istəmişlər. Allah Quranda bu kəslərin səmimiyyətsiz ruh hallarını belə açıqlamaqdadır:

Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər! (Tövbə Surəsi, 93)

Kimiləri evlərinin kimsəsiz olduğunu, kimiləri havanın çox isti olduğunu, kimiləri də maddi olaraq güc çatdıra bilmədiklərini qarşıya qoyaraq qaçmağa çalışmışlar. Səhabələrdən bir çox adamın, lazımlı imkanları tapa bilmədikləri halda sırf fədakarlıqlarından ötəri döyüşə piyada olaraq qatıldıqları, bir qisminin isə peyğəmbərlə birlikdə səfərə çıxa bilmədikləri üçün ağladıqları bir şövq mühitində, zəngin və imkan sahibi olduqları halda fədakarlığa yanaşmamışlar.

Digər bir qismi isə “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!  Həqiqətən, Allah sizlərdən  xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (Nur Surəsi, 63) ayəsiylə bildirilən əxlaqı göstərərək, bir-birlərinin arxasında saxlanaraq Müsəlmanların yanından qaçmışlar. Halbuki əsl məqbul olan kəslərin bu çətinlik anlarında da ixlas və sədaqət göstərmələri, fədakar bir rəftar içərisində olmalarıdır.

Allah “Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.” (Hud Surəsi, 116) ayəsiylə bu kəslərin dünya həyatını seçdiklərini bildirər. Bir başqa ayədə isə, bu kəslərin daha əvvəlində verdikləri sözə diqqət çəkilməkdədir.

Halbuki bundan əvvəl  bir daha  üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır! (Əhzab Surəsi, 15)

Peyğəmbərimiz (s.ə.v) dövründə Müsəlmanların qarşılaşdıqları bu vəziyyət bütün zamanlar üçün etibarlıdır. İman sahibi olduqlarını iddia edən bəzi insanlar hər hansı bir çətinliklə qarşılaşdıqlarında dərhal din əxlaqını yayma məsuliyyətlərini bir kənara buraxa bilməkdədirlər. Çox qısa gedəcək olan bu dünya həyatının keçici mənfəətlərinə qapılaraq bir anda öz problemlərinə dönə bilərlər. Əslində onlar da dünyada davam edən ədalətsizlikləri maneə törətmənin, acı çəkən, möhtac mövqedə olan, zülm görən insanlara kömək etmənin: insanlara doğru yolu göstərərək bu zülmü dayandırmanın özləri kimi ağıl və vicdan sahibi insanların məsuliyyəti olduğunun şüurundadırlar. Amma bunu digər Müsəlmanlara buraxaraq geridə qalmağı məqbul görərlər.

Allah, etmələri lazım olan doğru rəftarı bildikləri halda bunu başqalarının üzərinə buraxan kəsləri “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər  başa düşmürsünüz?” (Bəqərə Surəsi, 44) ayəsiylə xəbərdar etmişdir.

Ayrıca Quranın “Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (Saf Surəsi, 10-11) ayələriylə bildirdiyi kimi bu, Allahın icazəsiylə adamı dünyada və axirətdə qurtuluşa yönəldəcək olan rəftardır. Allah, bunun daha xeyirli olduğunu xatırlatmışdır. Həqiqi imanı yaşamayan insanlar, dinə bir ucundan sarılmalarının, fədakarlığı da özlərini çətinə soxmamaq şərtiylə həyatlarının qurtuluşları üçün kafi olacağını düşünə bilərlər.

Eyni şəkildə özlərini və yaxınlarını çətinliklərdən mümkün olduğunca uzaq tutmalarının da özləri üçün bir qazanc olacağını zənn edə bilərlər. Ancaq Allah Quran ayələrində bu kəslərin itkin içərisində olduqlarını xatırlatmışdır. Dünya həyatının məşğələlərinə və öz şəxsi problemlərinə dalaraq, Allahın üzərlərinə yüklədiyi məsuliyyətləri gözardı edən bu insanların irəlidə “boş əməllərlə əyləndiklərini” fərq edərək böyük bir peşmanlığa qapılacaqları Quranda belə xəbər verilmişdir:

Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər! (Hicr Surəsi, 3)

İnsanı dünyada və axirətdə qurtuluşa çatdıracaq olan gözəl əxlaq, dünyada malından və canından fədakarlıqda ola bilməyi, çətinlikdə, xəstəlikdə və ən çətin anlarda belə Allahın bəyənəcəyi əxlaqı göstərə bilməyi tələb etməkdədir. Bütün bu həqiqətləri bilərək yenə də nəfsinin istəklərinə məğlub olan, öz rahatını və mənfəətlərini seçən bir kimsə isə, əlbəttə axirətdə göstərdiyi bu əxlaqdan məsul tutulacaq.

Heç şübhəsiz dünyada az bir çətinliyə və fədakarlığa səbir göstərməmək üçün, sonsuz həyatı təhlükəyə atmaq böyük bir ağılsızlıqdır. Adamın bu həqiqəti çox yaxşı düşünüb, Allahın köməyinin daim Quran əxlaqına sədaqət göstərənlərlə birlikdə olduğunu bilməsi, hər cür fədakarlığı və məsuliyyəti özünün talib etməsi lazımdır.

Unudulmamalıdır ki “Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!” (Al-İmran Surəsi, 146) ayəsiylə xəbər verilən Müsəlmanların üstün əxlaqını yaşamaq, adama Allahın sevgisini qazandıracaq.


 << Geri