Get Adobe Flash player

Əvvəlcə xatırlatmaq lazımdır ki, çətinlik zamanları, Allahın iman edənlər üçün yaratdığı çox qiymətli anlardır. İnsanlar ümumiyyətlə nadir olaraq bu cür vəziyyətlərlə qarşılaşarlar. Və bunlar bir insanın, Allaha olan sədaqətinin, sevgisinin və təslimiyyətinin gücünü göstərə biləcəyi, eyni zamanda da axirət həyatı üçün çox çox savab qazana biləcəyi zamanlardır. İman edən bir kimsə bəlkə çətinliklə qarşılaşmaq üçün xüsusi bir səy göstərməz, amma qarşılaşdığı zaman da bunları    Allahın özü üçün yaratmış olduğu çox böyük nemət və fürsətlər hesab edər.

Tarix boyunca göndərilmiş olan peyğəmbərlər yurdlarından çıxarılma, təzyiq altına alınma, hədələnmə və hətta öldürülməyə qədər çatan çətinliklər yaşamış, amma bütün bunları imani bir şövq və coşğuyla qarşılamışlar. Hz. Yusuf böhtana düşərək illər ili zindanda qalmış, Hz. İbrahim qövmünün irəli gələnləri tərəfindən alova atılaraq öldürülməyə çalışılmış, Hz. Musa Fironun hədələmə və təzyiqləriylə qarşılaşmış, Hz. Lut yaşadığı cəmiyyətdən çıxarılmağa çalışılmışdır. Ancaq bu mübarək insanların hər biri də bu hadisələr qarşısında Rəbbimizə qarşı böyük bir sədaqət, təslimiyyət və güvən ilə hərəkət etmişlər.

İndiki vaxtda da bütün Müsəlmanlar, Quran əxlaqının yaşanmasında və insanlara izah edilməsində eyni şövq və dayanıqlılıqla hərəkət etməlidirlər. Qarşılarına çıxan çətinliklərdən heç bir şəkildə yorqunluğa və ümidsizliyə qapılmadan, Quranda bildirilən birlik və fədakarlıq ruhuyla bu qiymətli anların savabını qazanmağa talib olmalıdırlar. Dünya həyatının məşğuliyyətləri, fərdi mənfəətləri heç bir zaman üçün bu əxlaqın yaşanmasına bir mane olmamalıdır. Unudulmamalıdır ki, belə bir vəziyyətdə insanın bütün etdikləri axirət həyatında mütləq qarşısına çıxacaq. Yaxşılıqlarından da pisliklərindən də hesaba çəkiləcək.

Allah Quranda nəticənin mütləq inananların lehinə olacağını, Quran əxlaqını bütün insanlar arasında hakim edəcəyini bildirmişdir. Allah mütləq olaraq qalib gələndir, bütün əskikliklərdən münəzzəhdir, heç bir şeyə ehtiyacı olmayandır. İnsan isə ehtiyac içində olandır, Allahın razılığını, məmnuniyyətini qazanmağa möhtacdır. Allah diləsə yalnız "Ol" deməsiylə dilədiyini edəndir. Bu səbəblə insanların göstərəcəkləri səy yalnız öz qurtuluşları üçün olacaq. Ayrıca insanın bu həqiqəti də unutmaması lazımdır; özü fədakarlıqdan qaçınacaq olsa, xalis Müsəlmanlar onsuz da bütün məsuliyyəti boynuna götürəcək və lazım olan hər mövzuda ən səmimi səyi xərcləyəcəklər.

Allahın təqdir etdiyi nəticə reallaşacaq. Buna vəsilə olanlar Allahın icazəsiylə Allah Qatında, göstərdikləri bu səyin savabını və axirətdəki qarşılığını alacaqlar. İtkin içərisində olan yalnız fədakarlıqdan qaçınan adamın özü olacaq. Allahın özü üçün yaratmış olduğu fürsətləri və savab imkanlarını qaçırmış və önünə çıxan çox qiymətli vaxtları lazımı kimi qiymətləndirə bilməmiş olacaq.

Unudulmamalıdır ki Allah bu üstün əxlaqı yaşamağı tələb edən səmimi ixlas sahiblərinə köməyini çatdıracaq və onları üstün edəcək. Quranda Allahın səmimi qullarına olan bu vədi belə bildirilməkdədir:

Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir). (Maidə Surəsi, 56)

 

 

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)

 

 

Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər. (Al-İmran Surəsi, 126-127)

 

İrəliləyən sətirlərdə bütün Müsəlmanlar üçün çox qiymətli bir nümunə olan Peyğəmbərimiz (s.ə.s.)in və səhabələrin həyatlarına və Bədiüzzaman Səid Nursinin fədakarlıqlarla keçən həyatına toxunaraq, birlik və fədakarlıq anlayışıyla hərəkət edildiyində çətinliklərlə necə mübarizə edildiyinə və necə böyük müvəffəqiyyətlər əldə edilə bildiyinə diqqət çəkəcəyik.


 << Geri