Get Adobe Flash player

Döyüş sonrasında meydana gələn yoxsulluq, bir çox insanı yurdlarından ayrılmağa məcbur etmişdir. Bütün dünya, döyüşdən qaçan insanların yaşadıqlarına şahid olmasına baxmayaraq bir çox ölkə muhacirləri qəbul etməmişdir. Soyuq altında günlərlə, həftələrcə gedərək etibarlı yerlərə çatmağa çalışan bu insanlar çox vaxt başqa bir ölkəyə yönəlmək məcburiyyətində qalmışlar. İndiki vaxtda dünya ümumisindəki rəsmi olaraq bilinən cəmi muhacir sayı 21 milyondur. Bu vəziyyətə yalnız qısaca bir neçə nümunə verilməsi belə köməyə möhtac insanların vəziyyətini anlaya bilmək üçün kafi olacaq.

Məsələn Kosovada yaşanan döyüş səbəbiylə 1998 Martında başlayan muhacir köçündə Kosovanın az qala bütün şəhərləri boşalmışdır. Günlərlə gedərək köç etmək məcburiyyətində qalan təxminən 300.000-i aşan Kosovalıdan sıx qış şərtləri səbəbiylə həyatını itirənlər olmuşdur.

Çeçenistanda isə 1999-cu ilin Noyabr ayında Rus hücumlarından qaçan Çeçen xalqının heç bir ölkə qəbul etməmişdir. Özlərini qəbul edən Türkiyə sərhəddinə çatana qədər isə bir çox qadın, uşaq və yaşlı soyuqdan ölmüşlər.

Dünaydakı əhaliləri 9 milyonu olan Fələstinlilərin isə yalnız 4 milyonu Fələstin torpaqları içində yaşamaqdadır. 5 milyonu isə Fələstin torpaqları xaricində, onların da çoxu muhacir düşərgələrində yaşamaqdadır. Fələstin içində yaşayanların yarıdan çoxunun da əsl məkanları dəyişdirilmiş, muhacir düşərgələrinə yerləşmək məcburiyyətində qalmışlar. Yəni Fələstin xalqının 75%-inə yaxın bir qismi iqamət etdikləri yerlərdən silah gücüylə çıxarılmışlar. Fələstinlilər, bu düşərgələrdə son dərəcə pis şərtlər altında həyatlarını davam etdirmək məcburiyyətində qalmışlar.

Fələstinlilərin məcburiyyət qarşısında çıxarılmaları səbəbiylə 531 kənd tamamilə boşaldılmış bunların da 90%-ı işğal dövlətinin əsgəri gücləri tərəfindən tamamilə yıxılmışdır. Köçməyə məcbur edilən Fələstinlilər getdikləri yerlərdə də rahatlaşa bilməmişlər. 1948-ci ildə hələ işğal edilmiş olmayan Qərbi Şəriə və Qəzzə bölgəsinə yerləşən muhacirlər 1967 İyun Döyüşündən sonra tez-tez hücumlara məruz qalmışdılar. Bu düşərgələrin bir çoxuna havadan və qurudan hücumlar təşkil edilərək qırğınlar reallaşdırılmışdır. Bunların ən böyüyü isə Cənin muhacir düşərgələrinə istiqamətli hücum nəticəsində reallaşdırılan və təxminən 1000 adamın öldürüldüyü təxmin edilən qırğındır. Bunun xaricində yenə Qəzzədəki bir çox muhacir düşərgəsinə şiddətli hücumlar təşkil edilmiş, böyük qırğınlar reallaşdırılmışdır. (31) (Ətraflı məlumat üçün baxın Fələstin, Harun Yahya)



 << Geri