Get Adobe Flash player

Allah dünya həyatını bir imtahan mühiti olaraq yaratmış və insanları “xeyr və şərlə” sınayacağını bildirmişdir. Bu səbəblə insan yaşadığı müddət boyunca heç gözləmədiyi bir anda çox çaşdırıcı hadisələrlə qarşılaşa bilər. Adamın belə ani vəziyyətlərdə də gözəl əxlaq göstərə bilməsi, Quran əxlaqına uyğun rəftarlar sərgiləyə bilməsi ancaq səmimi imana sahib olmasıyla mümkün olar. Ürəyindəki Allah qorxusu və dərin iman, heç gözləmədiyi, daha əvvəl heç təcrübə etmədiyi hadisələr qarşısında da ən doğru olan rəftarı göstərə bilməsini təmin edər. Təməldə bu inanc yaşanmadığı təqdirdə isə, adam ancaq müəyyən mövzularda və müəyyən şərtlər altında fədakarlıqda ola bilər. Məsələn insanların gözündə bir etibar qazanacağını düşündüyündə ya da bir çıxar əldə edəcəyini ümid etdiyində fədakarlıq edə bilər. Amma gözlənilməz anlarda ortaya çıxan, özünü çətinə soxacaq ya da zərərə salacaq bir vəziyyətlə qarşı-qarşıya qaldığında bu əxlaqı göstərə bilməz.

Möminlər isə bu cür ani vəziyyətlərdə də heç düşünmədən, çox böyük bir şövq və həyacanla, sevə sevə hər cür fədakarlıqda ola bilərlər. Peyğəmbərimiz (s.ə.s.) dövründə başda Rəsulullah olmaq üzrə, bütün səhabələr bu əxlaqın bənzərsiz nümunələrini sərgiləmişlər. Səmimi imanlarından qaynaqlanan fədakar əxlaqlarından ötəri insanlara nümunə olmuşlar. Mallarını, canlarını əhəmiyyətli görməmiş, inkar edənlərin iman edənlərə qarşı böyük bir düşmənliklə hərəkətə keçdikləri bir dövrdə, Allahın razılığnı qazana bilmək üçün böyük bir fədakarlıq göstərmişlər. Lazım olduğunda evlərini, ailələrini, işlərini, mallarını mülklərini, etibarlarını və dünya həyatına dair bütün nemətləri heç düşünmədən geridə buraxmışlar. Öz mənfəətləri yerinə, Müsəlmanların rahatını, dincliyini, təhlükəsizliyini və yaxşılığını təmin etmək üçün səy göstərmişlər. Peyğəmbərimiz (s.ə.s.)in təhlükəsizliyini, öz canlarından və rahatlarından üstün tutaraq, əsrlər boyunca gəlmiş keçmiş bütün insanlara nümunə olacaq üstün bir əxlaq nümunəsi sərgiləmişlər. Quranda iman sahiblərinin Peyğəmbərimiz (s.ə.s.)a qarşı olan bu sədaqətləri və bu istiqamətdə göstərdikləri fədakarca əxlaqlarına diqqət çəkilmiş, Rəsulullah (s.ə.s.)in nəfsini daim öz nəfislərindən üstün tutduqları bildirilmişdir:

Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan möminlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi). (Əhzab Surəsi, 6)

İslam alimlərinin əsərlərində Peyğəmbərimiz (s.ə.s.)in və səhabələrin həyatlarına dair müxtəlif fədakarlıq nümunələri yazılmaqdadır. Onların bu mövzudakı fədakarlıqları, cəsarətləri və səbirləri isə, fədakarlığı yalnız Allahın razılığını, rəhməti və cənnətini qazana bilmək üçün yaşadıqlarını ortaya qoymaqdadır. Bütpərəst bir inancın hakim olduğu bir cəmiyyətdə, inkar edənlərin bütün təzyiq və hədələmələrinə baxmayaraq, hər cür çətinliyi gözə alaraq Hz. Məhəmməd (s.ə.s.)in Allahın Elçisi olduğuna iman etmişlər. Və bu imanlarında çox güclü fədakarlıq göstərmişlər. O dövrdə Məkkənin qabaqda gələn güc və etibar sahibləri, Müsəlmanlığı qəbul edən kəsləri qorxudmaq, imtina etdirmək və öz bütpərəst dinlərinə geri çevirə bilmək üçün böyük təzyiq tətbiq etmişlər. Allahın razılığını qazana bilmək üçün hər cür çətinliyə qarşı sinə gəlməyə qərarlı olan bu saleh möminlərdən kimiləri gördükləri işgəncələr səbəbiylə yaralanmış, şikəst qalmış, qollarını qıçlarını itirmiş, kimiləri isə edilən zülmün şiddətindən həyatlarını itirmişlər. Ancaq bunların heç biri onların fədakarlıqlarını, Allahın razılığını qazanmaqdakı şövq və həyacanlarına təsir etməmişdir. Tam əksinə yaşadıqları çətinlik onların daha da böyük bir əzmlə hərəkət etmələrinə, daha böyük fədakarlıqlarla Peyğəmbərimiz (s.ə.s.)a və iman edənlərə dəstək olmalarına, din əxlaqının yayılması üçün daha böyük bir şövqlə səy göstərmələrinə səbəb olmuşdur. Peyğəmbərimiz (s.ə.s.) ilə birlikdə döyüşə çıxıb yaralanmış amma, bundan ötəri heç bir şəkildə bir təəsüfə qapılmamış, bunu özləri üçün böyük bir şərəf və nemət olaraq qəbul etmişlər. Quranda iman sahiblərinin bu üstün əxlaqları belə bildirilməkdədir:

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!

Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.

Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər! (Al-İmran Surəsi, 146-148)

Bir başqa ayədə “Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun!” (Tövbə Surəsi, 121) hökmüylə bildirdiyi kimi, səhabələr bütün bunların özlərini Allaha yaxınlaşdıracaq, cənnətlərinə vəsilə olacaq əhəmiyyətli fürsətlər olduğunu bilərək hərəkət etmişlər. Eləki, Allah rızası üçün edilən bir ibadət olduğu üçün, bir döyüşdən yaralı olaraq dönüb, şövqlə və həyacanla Peyğəmbərimiz (s.ə.s.) ilə birlikdə bir başqa döyüşə qatılmanın sevincini yaşamışlar. Ürəklərində xəstəlik olan münafiq xarakterli kəslərin zərərə uğramaqdan qorxaraq geridə qaldıqları bir dövrdə, onlar Allaha olan bağlılıqlarını və bu uğurda hər cür fədakarlığa hazır olduqlarını belə ifadə etmişlər:

De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”! (Tövbə Surəsi, 52)

Qarşılaşdıqları hər çətinliyin Allahdan bir rəhmət olduğunu bilərək hərəkət etmiş, dünya həyatının deyil Allahın razılığının və axirət həyatının gözəlliyinə talib olmuşlar. Peyğəmbərimiz (s.ə.s.) ilə birlikdə döyüşə çıxa biləcək bir minik tapa bilmədikləri və Müsəlmanlara kömək edə biləcəkləri bir imkanları olmadığı üçün gözlərindən yaşlar boşalan bu kəslərin fədakarlıqdakı bu şövqləri Quranda belə bildirilməkdədir:

(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! (Tövbə Surəsi, 92)

Peyğəmbər Əfəndimiz (s.ə.s.)in dövründən bu yana yaşamış olan bütün Müsəlmanlar da bənzəri hadisələrlə qarşılaşmışlar. Allah Quranda, dünya həyatındakı imtahan mühitinin bir gərəyi olaraq hər insanın malıyla, canıyla, yaxınlarıyla, sevdiyi insanlarla, etdiyi ticarətlə, mövqe ya da etibar kimi dəyərlərlə sınana biləcəyini bildirər. Şeytan hər insanın nəfsini, dünya sevgisi, mal ehtirası, mövqe ehtirası, gələcək narahatlığı, rahata düşgünlük kimi mövzularda yaxınlaşar, nəfsinin istəklərinə görə yaşaması, iradəsizlik, tənbəllik və zəiflik göstərməsi, ümidsizliyə və qorxuya qapılması üçün təşviq edər. Ancaq saleh möminlərin rəftarı hər vaxt üçün şeytanın bütün bu təşviqlərinə qarşı Quran əxlaqıyla cavab vermək və nəfislərindən deyil, Allahın razılığından yana rəftar qoymaqdır.

Quranda iman edənlərin dünya həyatında qarşılaşa biləcəkləri, fədakarlıq göstərmələrini  tələb edə biləcək vəziyyətlərdən bəziləri belə bildirilməkdədir:


 << Geri