Get Adobe Flash player

Asiya qitəsindəki bir çox Müsəlman xalq kimi Kəşmir xalqı da 20-ci əsrin ikinci yarısını qarşıdurmalarla və döyüşlərlə keçirdi. İşğalçı Hindistanda bu dövrlərdə təsirli olan despot zehniyyətin rəhbərliyinin təzyiqləri səbəbiylə Kəşmir, təxminən 50 ildir barışı, dincliyi və sabitliyi yaşaya bilməməkdədir. Sahib olduğu strateji əhəmiyyət, yer altı zənginlikləri və əsl olaraq da Müsəlman şəxsiyyətiylə diqqət çəkən Kəşmir, müstəqil bir İslam dövləti olmağı ya da İslami bir şəxsiyyətə sahib olan Pakistan ilə birləşməyi istəməkdədir. Bu vəziyyət, Hindistanın, Rusiyanın və Kommunist Çinin mənfəətlərinə tərs gəlməkdədir. Bu məqsədlə Kəşmir xalqına iqtisadi ambarqolar qoyulmaqda, şiddət hərəkətləri, səbəbsiz həbslər reallaşdırılmaqda, işgəncələr tətbiq olunmaqdadır. Eyni şəkildə beynəlxalq təzyiqlər və ambarqolarla Pakistan rəhbərliyinin də Kəşmirə dəstək verməsinə maneə törədilməkdədir.

2-ci Dünya Döyüşündən sonra Hindistan azadlığı altında qalan Kəşmir əyaləti, o tarixdən bu yana Hind zülmü altında yaşamaqdadır. Bu vəziyyətə müqavimət göstərmək və müstəqil olmaq istəyən xalqa istiqamətli 1947, 1965 və 1971-ci illərdə üç böyük qırğın reallaşdırıldı. On minlərlə Kəşmirli Müsəlman öldürüldü, 4.000-dən çox qadın işgəncəyə məruz qaldı. İslami şüura  maneə törədilməsi üçün  din təhsili verən məktəblər bağlanıldı. 1990-cı ildən sonra isə Kəşmirdəki soyqırım hərəkəti ən mərhəmətsiz şəklini aldı. İnsanlar səbəbsiz yerə nəzarətə alınıb, işgəncə altında öldürüldülər. Evlər qundaqlandı, qorumasız insanlara müxtəlif təzyiqlər tətbiq olundu, qəzet və məktəblər bağlanıldı. Hind rəhbərliyi yalnız silahlı hücumlara müraciət etməklə də  kifayətlənmədi. Əkinçilik üçün istifadə edəcəyini açıqladığı anbarları da Müsəlmanlara qarşı işgəncə məqsədli istifadə etdi. Anbarları ağzına qədər su doldurub, musson yağışları ilə birlikdə qapaqları birdən açaraq, bölgənin aşağı tərəflərində olan azad Kəşmir və Pakistanı sular altında buraxdı. Bunların nəticəsində minlərlə insan həyatını itirdi və çox böyük maddi ziyanlar oldu. Kəşmirdə, Hind rəhbərliyinin davam etdirdiyi vəhşiliyin yanında bir də mühacir problemi yaşanmaqdadır.

Kəşmirli Müsəlmanlara qarşı tətbiq olunan vəhşilik çox dəhşətlidir. Ancaq müxtəlif təbliğat üsullarıyla Kəşmir və bölgəsində yaşananlar, insanlara çox fərqli şəkildə əks etdirilməkdədir. Tətbiq olunan zülmlər, işgəncələr, günahsız insanlara edilən təzyiqlər gizlənməkdə, nəticədə bütün dünyada olan bitənlər qarşısında səssiz qalmaqdadır. Hind zülmünə qarşı müqavimət göstərən, öz torpaqlarında barış içində yaşamaq üçün mübarizə aparan Kəşmirlilər dünyaya radikal terrorist qruplar olaraq tanıdılmaqdadır. Halbuki yarım əsrə yaxın bir zamandır Hind zülmüylə qarşı-qarşıya qalan Kəşmir xalqının tək arzusu, din əxlaqını rahatca yaşaya biləcəkləri, insanların yalnız Müsəlman olduqları üçün zülm görməyəcəkləri, uşaqlarını barış və güvən içində böyüdə biləcəkləri bir torpağa sahib olmaqdır. Kəşmirli Müsəlmanların ən qanuni haqqlarından də məhrum olmaları, dahası müxtəlif işgəncələrə məruz qalmaları, vicdanlı insanları şüurlandırmanın nə qədər təcili və əhəmiyyətli bir vəzifə olduğunu bizə bir daha göstərməkdədir. (Məlumat üçün baxın İslam və Uzaq şərq Dinləri, Harun Yəhya)



 << Geri