Get Adobe Flash player

Əvvəlki hissələrdə izah edildiyi kimi, tarix boyunca peyğəmbərlərin və möminlərin təbliğləri hər vaxt müsbət qarşılıq tapmamışdır. Peyğəmbərlər və saleh möminlər bir çox çətinliklə qarşılaşmışlar. İnsanları dəvət etdikləri gözəl əxlaqın cəmiyyətdə yayılması, inkarcı, müşrik və bütpərəst cəmiyyətlərin mənfəətlərinə uyğun gəlməmişdir. Bu kimi insanlar, dürüstlüyün, yaxşı niyyətin, fədakarlığın, comərdliyin, heç bir qarşılıq gözləmədən yaxşılıq etmənin, insanlara gözəlliklə və ədalətlə davranmanın, zəngin kasıb ayrı-seçkiliyi etmədən bütün insanları bərabər qəbul etmənin öz qurduqları sistemi pozacağını düşünmüşlər. Çünki bu əxlaqı yaşayanların əksəriyyət olmasıyla birlikdə, o zamana qədər etibarlı olan ədalətdən uzaq tətbiqlərin və müxtəlif əxlaqsızlıqların çox daha diqqət çəkəcəyini anlamışlar. Bu narahatlıqları, söz mövzusu insanları iman edənlərə qarşı böyük bir düşmənlik bəsləməyə yönəltmişlər. Özlərinə edilən çağrışların vəsilə olacağı xeyrləri görə bilməyən və verilən nəsihət edərin hikmətlərini qavaraya bilməyən bu insanlar peyğəmbərlərin, heç bir qarşılıq gözləmədən, hər cür fədakarlığı gözə alaraq etdikləri çağrışlara düşməncə bir tutumla cavab vermişlər. Peyğəmbərləri və özlərini yaxşılığa çağıran digər insanları dayandıra bilmək üçün hər cür hiyləli üsula müraciət etmişlər. Onlara qarşı müxtəlif böhtan və günahlandırmalarda olmuş, bu yolla onları cəmiyyət qarşısında da təsirsiz hala gətirə biləcəklərini düşünmüşlər.

İnkar edənlərin, gözəl əxlaqı təbliğ edən möminlərə olan bu yanaşması, tarixin hər dövründə təkrarlanmışdır. Quranda, bu vəziyyətin iman edənlər üçün yaradılan xüsusi bir sınaq vəsiləsi olduğu belə bildirilməkdədir:

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Al-İmran Surəsi, 186)

Möminlər, özlərinə yönəldilən böhtanların, əziyyət məqsədli söz və xəbərlərin, Allahın dünya həyatında özləri üçün yaratdığı imtahanın bir parçası olduğunu bilərlər. Saleh möminlər qarşılaşdıqları çətinliklərdən təsirlənmədən, şövq və həyacanla gözəl əxlaqı insanlara təbliğ etməyə davam edərlər. Çünki bütün etdiklərinin qarşılığını axirətdə almağı ümid edər, Allahın hər vaxt üçün saleh möminlərin köməkçisi, vəlisi və dəstəkçisi olduğunu bilmənin etibar dolu dincliyini yaşayarlar.

İnkarcılar iman edənlərə müxtəlif tələlər qurar, onları böhtan və hücumlarla maneə törədə biləcəklərini zənn edərlər. Ancaq Allah Quran ayələrində iman sahiblərini mütləq zəfər verəcəyini və bütün böhtanlardan təmizə çıxaracağını bildirmişdir. Məsələn Hz. Musaya da qövmü böhtan və pis sözlərlə əziyyət etməyə çalışmış, ancaq Allah onu inkarcıların böhtanlarından təmizə çıxarmışdır. Quranda bu vəziyyət belə bildirilər:

Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi. (Əhzab Surəsi, 69)

Tarix boyunca peğəmbərlərə və möminlərə atılan böhtanlar isə, ümumiyyətlə həmişə bir-birinə bənzər olmuşdur. İnkarcı cəmiyyətlər, özlərini haqq dini və gözəl əxlaqı yaşamağa çağıran elçiləri cadugərlik, şairlik və dəlilik böhtanlarıyla ittiham etməyə cəhd etmişlər. Quranda peyğəmbərlərə və möminlərə bu mövzuda atıldığı bildirilən böhtanlardan bəziləri belədir:

İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər. (Yunus Surəsi, 2)


(Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! (Hicr Surəsi, 6)


Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: "Xeyr, (bu Quran) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!" (Ənbiya Surəsi, 5)


Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!" (Qəmər Surəsi, 25)


Fironun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: "Bu sehrbazdır, yalançıdır!" - dedilər. (Möminin Surəsi, 24)


Kafir olanlar: "Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!" - deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar. (Furqan Surəsi, 4)

İnkarcılar, bu böhtanlarıyla iman edənlərin izah etdiklərinin təsirini azaltmaq istəyərlər. Halbuki möminlərin təbliğini əsl təsirli edən onların ixlasları, səmimiyyətləri, vicdanlı və dürüst rəftarları, doğru sözlü olmaları və insanları qəti həqiqi olana çağırmış olmalıdır. Onların çağrışlarını insanlar üzərində təsirli edəcək olan, ürəklərə təsir edəbilən isə yalnız Allahdır. Bu səbəblə, bu tərz cəhdlərin, insanlar üzərində inkar edənlərin ümid etdikləri kimi bir təsiri olmaz.

Bunun yanında digər möminlər də, inkar edənlərin bir-birləri haqqında ortaya atdıqları bu tərz böhtanlara heç bir şəkildə etibar etməzlər. “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Hucurat Surəsi, 6) ayəsiylə bildirdiyi üzrə, möminlər məlumatları olmayan bir mövzuda kimsə haqqında zənndə olmazlar. Bu kimi böhtanlarla tarix boyunca bütün peyğəmbərlərin və saleh möminlərin qarşılaşdığını bilərlər. Mömin qardaşları haqqında gözəl zənndə olar, xeyirli düşüncələrlə hərəkət edərlər. Böhtanların əsassızlığının isbat edilməsi üçün bir-birlərinə dəstək olarlar. Quranda möminlər üçün bildirilən, “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə Surəsi, 54) xüsusiyyətinə uyğun olaraq, bu böhtanlara qulaq asmazlar.

İnkar edənlərin Allahın razılığını qazanma məqsədiylə səy göstərən insanlara istiqamətli cəhdləri yalnız haqsız böhtanlar atmaqla məhdud qalmamışdır. Möminlər eyni zamanda, din əxlaqının insanlar arasında yayılmasını istəməyən inkarcıların, müşriklərin və bütpərəst cəmiyyətlərin təzyiq və hədələmələriylə də qarşı-qarşıya qalmışlar. Yaşadıqları cəmiyyətlərin qabaqda olanları tərəfindən ölüm, sürgün, həbs ya da işgəncə hədələmələriylə qarşılaşmış, bəzən hərəkəti hücumlara da məruz qalmışlar. Quranda inkar edənlərin tarix boyunca dəyişməyən bu tutumu və bu məqsədlə möminlərə tələ qurduqları belə xəbər verilməkdədir:

Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal Surəsi, 30)

Ayələrdən aydın olacağı kimi, inkarcıların hədəfi, möminləri həbs edə bilmək, öldürmək ya da sürgün etməkdədir. Ancaq açıqdan açığa müdaxilə etmək yerinə, iman edənlərin gözəl əxlaqı təbliğ etmələrini “tələ” quraraq dayandırmaq istəmişlər. Rəbbimiz Quranda qurulan bu tələlərlə əlaqədar bir çox xəbər vermişdir. Bunlardan biri, azğın qövmlərinin içində təmiz və iffətli yaşamaq istədikləri üçün yurdlarından çıxarılmaq istənən Hz. Lut və ailəsinə əlaqəlidir. Hz. Lut qövmünə Allahın bəyəndiyi əxlaqı yaşamalarını, əxlaqsızlığı və çirkin utanmazlıqları tərk etməyi nəsihət etmişdir. Hz. Lutun təbliği qarşısında qövmünün verdiyi cavab isə Quranda belə xəbər verilmişdir:

(Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu. (Nəml Surəsi, 56)

Lut qövmü, “təmiz qalmaq istədikləri” və Allahın razı olacağı kimi bir əxlaq göstərdikləri üçün Hz. Lutu ailəsiylə birlikdə şəhərlərindən çıxarmaq istəmişdir. Ancaq, Hz. Lutun yaşadığı şəhəri tərk etməsinin dərhal ardından Allah o şəhəri yerlə bir etmiş, möminlərə qurulan tələni bu kəslərin əleyhinə çevirmişdir.

Möminlərə yönəldilən həbs hədələmələrinə bağlı olaraq Quranda verilən nümunələrdən biri isə Fironun rəftarıdır. Firon Hz. Musanı, özünə tabe olmadığı təqdirdə həbs etməklə hədələmişdir. Fironun bu hədələməsi Quranda belə xəbər verilmişdir:

(Firon: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi. (Şuəra Surəsi, 29)

İnkar edənlərin dərhal hər dövrdə müraciət etdikləri bir başqa üsul isə iman etmiş kəsləri yollarından çevirmək üçün içlərindən bir qismini öldürməyə təşəbbüs göstərmək olmuşdur. Xüsusilə Rəsulları öldürərək, gözəl əxlaqın yayılmasını maneə törədə biləcəklərini, digər iman edənləri də bu şəkildə qorxaqlığa sövq edə biləcəklərini sanmışlar. Qövmünün, Hz Şuaybı daşa tutub öldürməklə hədələməsi də eyni zalim dünyagörüşünün bir nəticəsidir:

Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!" (Hud Surəsi, 91)

Firon və yaxın ətrafı da Hz. Musanı öldürmək üçün planlar qurmuşlar. Ancaq Hz. Musa, Allahın köməyiylə onların bu tələlərindən xəbərdar olmuşdur. Quranda inkacıların bu tələləri və Allahın Hz. Musaya  olan bu köməyi belə bildirilməkdədir:

(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: "Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!" (Qəsəs Surəsi, 20)

Hz. İbrahimin qövmü isə, özlərini bütlərə ibadət etməkdən imtina etdirib Allaha iman etməyə çağıran peyğəmbərlərini alova ataraq öldürməyə cürət etmişlər. Ancaq Allah, elçisini bu çətin vəziyyətdən möcüzəvi bir şəkildə qurtarmışdır. Quranda bu hadisə belə xəbər verilməkdədir:

Tayfasının (İbrahimin sözlərinə) cavabı: "Onu öldürün, yaxud da yandırın!" - deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır! (Ənkəbut Surəsi, 24)

İnkar edənlər, peyğəmbərlərə olduğu kimi saleh möminlərə də düşməncə davranarlar. Ancaq onların hücumları nə qədər çətin olursa olsun, həm peyğəmbərlər həm də yanındakı möminlər səbir və dözümlə insanları din əxlaqına çağırmağa davam etmişlər. Yaşadıqları bütün çətinliklərə baxmayaraq, böyük bir cəsarət və fədakarlıq nümunəsi sərgiləmişlər. Bütün hadisələrin ancaq Allahın idarəsiylə reallaşacağını bilmənin təslimiyyətini və təvəkkülünü ən gözəl şəkildə yaşamışlar. İman edənlərin bu təslimiyyətli rəftarları ayələrdə bu şəkildə ifadə edilmişdir:

Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin! Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!  (Araf Surəsi, 195-196)


O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" - deyə cavab verdilər. (Al-İmran Surəsi, 173)


Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər! (İbrahim Surəsi, 12)


De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!" (Tövbə Surəsi, 51)

Bu hücum və tələlər hər vaxt möminlərin lehinə nəticələr vermiş, ürəklərində xəstəlik olan, Müsəlmanlara dəstək olmaqdan və Allah yolunda fədakarlıqda olmaqdan qaçan insanların ortaya çıxmasına da vəsilə olmuşdur. Quranda, belə çətinliklərlə qarşılaşdıqlarında təbliğ şövqünü və həyacanını itirən, hətta geridə qaldığı üçün sevinən insanların rəftarlarından belə bəhs edilməkdədir.

Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: "Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım", - deyər. (Nisa Surəsi, 72)

Halbuki din əxlaqını izah etmə mövzusunda ağır davranmaq, geridə qalmaq, fədakarlıqdan qaçmaq və məsuliyyəti başqalarının üzərinə buraxmaq sevinc eşidiləcək davranışlar deyil. Ağılı və vicdanı ilə doğru olanı qavraya bildiyi halda, vicdanını örtərək haqqdan üz çevirən bir insan özünü qazanclı sanmamalıdır. Allahın razı olacağı əxlaqı yaşamaqda ağır davranmaq, geridə qalanlardan olmaq adama axirətdə böyük bir məsuliyyət yükləyə bilər. Dünya həyatında, rahatını qoruya bilmək, mənfəətlərinə zərər gəlməsini maneə törədə bilmək üçün passiv davranan bir insan, axirətdə dünyada qarşılaşacağı çətinliklərlə müqayisə edilməyəcək qədər böyük ağrılı və çətinliklərlə qarşılaşa bilər. Dünyada isə Allahın razı olmayacağını bildiyi səmimiyyətsiz bir əxlaq göstərmiş olmanın verdiyi vicdan əzabı, həyatının hər anında ona bir iç çətinliyi olacaq. Bunun yanında, Allah diləsə belə bir adama axirətdən əvvəl, dünya həyatında da əzab verə bilər. Quranda bu vəziyyət,  “Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.   Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!” (Tur Surəsi, 45-47) ayəsiylə bildirilmişdir.

İnkar edənlərin gözəl əxlaqın təbliğini maneə törətmə məqəsdiylə tətbiq etdikləri təzyiq qarşısında möminlər Allaha təvəkkül etməlidirlər. Əllərindən gələn bütün səyi göstərərək Quran əxlaqını yaşamağa davam etməlidirlər. Allah Quranda bu kəsləri bu şəkildə müjdələməkdədir:

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Al-İmran Surəsi, 160)


Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər. (Ənfal Surəsi, 64)


(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!) (Tövbə Surəsi, 129)

Saleh möminlər, Quranda bildirildiyi kimi xeyrlərdə yarışıb önə keçənlərdən ola bilmək, Allahın razılığını ən çoxuyla qazana bilmək üçün, çətinliklər qarşısında şövqlə təbliğə davam edərlər. Quran əxlaqının tələb etdiyi fədakarlığın yalnız müəyyən mövzularla məhdud olmadığını, insanın həyatının hər anında, heç bir çətinlikdən qorxmadan bu əxlaqda dözümlülük göstərərək yaşana biləcəyini bilərlər. Quranda möminlərin bu əxlaqından təriflə danışılmış və buna qarşılıq Allahın onlara həm dünya həyatının həm də axirət savabının gözəlliyini verdiyi bildirmişdir:

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər! Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır. Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər! (Al-İmran Surəsi, 146-148)


 << Geri