Get Adobe Flash player

Saytın başından bu yana fədakarlığın möminin səmimiyyətini ortaya qoyan ən əhəmiyyətli xüsusiyyətlərindən biri olduğunu izah etdik. Ancaq bu da unutulmamalıdır ki, insanın həyatı boyunca qarşısına fədakarlıq edə biləcəyi çox az sayda fürsət çıxa bilər. Bu səbəblə qarşısına bu cür bir fürsət çıxdığında, bunların Allaha yaxınlaşmaq, Onun razılığını və sevgisini qazana bilmək üçün çox qiymətli zamanlar olduğunun şüuruyla hərəkət etməlidir. İndiki vaxtda bütün insanların və xüsusilə dünyanın dörd bir tərəfində yaşayan Müsəlmanların vəziyyətinə baxdığımızda, İslam əxlaqını həqiqi mənasıyla yaşamanın əhəmiyyəti bir dəfə daha ortaya çıxmaqdadır.

Dərhal hər gün qəzetlərdə və televizorda Quran əxlaqının yaşanmamasından qaynaqlanan qarışıqlılara, zalım idarəçilərin təzyiqi altında həyat mübarizəsi yaşayan insanlara, zorbalıqlara, insanların haqqlarına təcavüz edildiyi hadisələrə şahid oluruq.

Hələ də dünyanın dörd bir tərəfində döyüşlər, iç qarşılıqlar davam etməkdədir. Fələstində, Çeçenistanda, Şərqi Türkistanda Müəlmanlar hələ çox çətin bir həyat mübarizəsi verməkdədirlər. Yalnız 20-ci əsrdə yaşanan döyüşlərdə; Bosnada, Kamboçyada, Kosovada, Cəzairdə, Tunisdə, Misirdə, Əfqanıstanda, Kəşmirdə, Ruandada, Şərqi Türkistanda, Çeçenistanda, Vyetnamda, Taylandda, Filippində, Burmada, ya da Sudanda yüz minlərlə silahsız insan həyatını itirmiş, qadınlara təcavüz edilmiş, işgəncə görmüş, milyonlarla insan evlərindən yurdlarından çıxarılmış, şikəst qalmış, yaxınlarını itirmişdir. Günahsız uşaqlar güllələrə hədəf olmuş, körpələr qundaqlarında qətl edilmiş, həyatlarını qurtarmaq üçün qaçmağa çalışan insanlar minalara düşərək ya həyatlarını itirmiş, ya da şikəst qalmışlar. İnsanlar bənzəri görülməmiş bir vəhşiliyə düçar olmuş, zülmə düşmüşlər, insanlıq xarici şərtlər altında əsir düşərgələrində həyat mübarizəsi vermişlər.

İndiki vaxtda hələ də vətəndaş müharibələri getməkdə, qadınlar, uşaqlar zülmə düşməkdə, əziyyət görməyə davam etməkdədirlər. İnsanlar özlərinə kömək əli uzadacaq vicdan sahibi insanları gözləməkdə, amma səslərini eşitdirə bilməməkdədirlər. Müsəlmanların zülm gördükləri ölkələrdən yalnız bir neçəsində yaşananlara qısaca baxıldığında da bu mövzunun əhəmiyyəti çox daha yaxşı aydın ola biləcək.



 << Geri 

Müsəlmanlara tətbiq olunan zülm