Get Adobe Flash player

İman edən bir insan həyatının hər anında vicdanlı, dürüst, səmimi və gözəl əxlaqlı olmaq üçün səy göstərərəkən ətrafındakı insanları da eyni əxlaqı yaşamaları istiqamətində təşviq edər. Çünki Allahın “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Al-İmran Surəsi, 104) ayəsiylə bildirdiyi kimi insanları gözəl əxlaqa təşviq etmək möminlər üzərində bir məsuliyyətdir. Bunun yanında iman sahibləri, gözəl əxlaqlı olmalarının həyatlarına gətirdiyi bərəkəti və dincliyi digər insanların da yaşamalarını istəyərlər.

“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!.” (Rad Surəsi, 28) ayəsiylə bildirildiyi kimi, insan ancaq Rəbbimizə yönəlib, Onun razılığını qazana biləcəyi bir əxlaq göstərdiyi təqdirdə dünya həyatında gözəl bir həyat yaşaya bilər. Əksinə isə “Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (Taha Surəsi, 124) ayəsiylə ifadə edildiyi kimi, dinc və xöşbəxt bir həyat yaşaya bilməsi mümkün deyil. Necə ki tarix boyunca cəmiyyətlərin yaşadığı çətinliklərin, döyüş, qarışıqlıq və zülm mühitlərinin, aclıq və səfalət çəkən, yurdlarından çıxarılan, əziyyət görən insanların, kimsəsiz uşaqların, köməyə möhtac vəziyyətdə olduqları halda lazım olan qayğı görə bilməyən yaşlı insanların yaşadıqları çətinliklərin ana səbəbi cəmiyyətdə din əxlaqının hakim olmamasıdır.

Bu həqiqətin fərqində olan möminlər, din əxlaqının insanlar arasında yayılması üçün bütün imkanlarıyla, şövq və həyacanla səy göstərərlər. Ancaq bu da fədakarlıq, səbir və dözümlülük kimi gözəl əxlaq xüsusiyyətləri tələb edən bir vəziyyətdir. Quranda təsvir edilən həqiqi fədakarlığın necə olması lazım olduğunu qavrayan möminlər, ətraflarındakı insanların yaşadıqları çətinliklərə, qarşılaşdıqları problemlərə şahid olduqlarında təbii olaraq bütün bunların məsuliyyətini öz üzərlərində hiss edərlər.

Belə bir şüur açıqlığında olan insanlar, “necə olsa bu mənim problemim deyil” ya da “bu vəziyyətə həll gətirə biləcək məndən daha ağıllı, daha qabiliyyətli, daha çox imkan sahibi insanlar var; onlar maraqlansınlar” kimi səhv düşüncələrlə hərəkət etməzlər. Ya da “mənim öz problemlərim mənə yetər”, “öz problemlərini özləri həll etsinlər” kimi eqoistcə fikirlərə qapılmazlar. Allahın özlərinə yol göstərmiş, ağıl, anlayış və vicdan açıqlığı vermiş olmasını böyük bir nemət olaraq görər və bu şüurla davranarlar. Bəzilərinin gəlib özlərindən kömək tələb etməsini gözləmədən, hər məsuliyyətə özləri talib olarlar. Yalnız öz ətraflarındakı hadisələrə deyil, dünyanın dörd bir tərəfindəki insanların yaşadığı çətinliklərə həll tapmağa çalışarlar. Allahın “Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.” (Furqan Surəsi, 74) ayəsiylə bildirdiyi kimi gözəl əxlaqlarıyla bütün insanlara nümunə ola bilmək üçün səy göstərərlər.

Saleh möminlərin istəkli olduqları bu məsuliyyəti yerinə yetirmək , bir çox fədakarlıqda olmağı tələb edə bilər. Belə bir vəziyyətdə insanlar, öz problemləri ya da ehtiyaclarıyla deyil, prioritetli olaraq digər insanların ehtiyaclarıyla maraqlanacaq, onların problemlərinə həll tapmağa çalışacaqlar. Əllərindəki bütün imkanları bu məqsəd üçün səfərbər edəcəklər. Lazım olduğunda çətinlik içərisinə girməyi gözə alacaq, qarşılaşdıqları çətinliklərdən ötəri yorqunluğa qapılmadan səbir və iradə göstərəcəklər.

Quranda tarix boyunca yaşamış olan bütün peyğəmbərlərin və saleh möminlərin din əxlaqını hakim etmək və gözəl əxlaqı yaya bilmək üçün ciddi bir səy göstərdiklərindən bəhs edilməkdədir. Onlar, bu uğurda bir çox çətinliklə qarşı-qarşıya qaldıqları halda, böyük bir şövq və fədakarlıqda gözəl əxlaqı təbliğ etməyə davam etmişlər. Burada vurğulanması lazım olan bir başqa əhəmiyyətli xüsus isə onların bu səmimi səylərini yalnız Allahın razılığını və yaxınlığını qazana bilmək üçün göstərmiş olmalarıdır. Müsəlman etdiyi fədakarlığın qarşılığını yalnız Allahdan gözləyər. Quranın bir çox ayəsində peyğəmbərlərin bütün insanlara nümunə olan ixlaslı rəftarları bildirilmişdir. Məsələn Hz. Nuhun, heç bir qarşılıq gözləmədən, yalnız Allahın razılığını gözləyərək gözəl əxlaqı təbliğ etməsi Quranda belə bildirilməkdədir:

O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər (küfr etməyinizə görə) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun və mənə itaət edin!  Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! 

(Şuəra Surəsi, 106-109)


Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm! (Hud Surəsi, 29)

Peyğəmbərlərin öyüdlərinə qulaq asan insanların sayı isə, “...Bunlar Kitabın ayələridir. Və sənə Rəbbindən endirilən haqqdır. Ancaq insanların çoxu iman etməzlər.” (Rad Surəsi, 1) ayəsiylə bildirdiyi kimi ümumiyyətlə çox az olmuşdur. İnsanların bir çoxu isə özlərini həm dünyada həm də axirətdə qurtuluşa çatdıracaq, xoşbəxt və gözəl bir həyat yaşamalarını təmin edəcək bu dəvətə uyğun gəlməməkdə, özlərinə izah edilənləri anlamamaqda müqavimət göstərmişlər.

Peyğəmbərlər və gözəl əxlaqı təbliğ edən digər möminlər, bu çətinliyə qarşı səbir etmiş, “sözün ən gözəlini” söyləyərək üstün bir əxlaq göstərmişlər. Şübhəsiz bu çox böyük bir fədakarlıq nümunəsidir. Heç bir mənfəət gözləmədən, yalnız insanların axirətdə çətin bir əzabdan xilas ola bilmələri üçün əllərindən gələn hər cür səyi göstərmişlər. İzah edilənləri israrla anlamamaqda müqavimət göstərən insanlara qarşı heç bir hirsliyə qapılmadan, səbirlə təkrar təkrar doğrunu izah etmək, bu məqsədlə ağılı və vicdanı ən yaxşı şəkildə istifadə etmək, doğrunu görə bilmələri üçün ağılcı üsullar tapa bilmək, bunları səbir və səmimiyyətlə tətbiq edə bilmək ancaq vicdan sahibi insanların göstərə biləcəkləri bir əxlaqdır. Qövmünə etdiyi təbliği Nuh Peyğəmbərin bu mövzudakı səmimiyyətini, fədakarlığını və səbrini çox açıq bir şəkildə  ortaya qoymaqdadır. Bunu xəbər verən ayələrdə belə buyrulmaqdadır:

O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim!  Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.  Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.  Sonra mən onları uca səslə (açıq-açığına haqqa) dəvət etdim.  Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim". (Nuh Surəsi, 5-9)

Hz. Nuh, inkarda müqavimət göstərən və cahiliyyə əxlaqını mənimsəyən qövmünə doğru yolu göstərə bilmək üçün hər səfərində yeni bir üsul göstərmişdir. Ayələrdə bu qiymətli insanın, qövmünə “gecə gündüz” nəsihət verdiyi, onların isə “barmaqlarını qulaqlarına tıxayıb, örtüklərini başlarına çəkəcək” qədər böyük bir inadla etiraz etdikləri görülməkdədir. Ancaq buna baxmayaraq Hz. Nuh böyük bir səbir və səmimiyyətlə təbliğinə davam etmişdir. Ayələrin davamında isə Hz. Nuhun qövmünə, gözəl əxlaqı yaşadıqları təqdirdə Allahın özlərinə verəcəyi nemətləri xatırladaraq onlara təşviq etdiyi bildirilməkdədir:

Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!  O sizə göydən bol yağış göndərər;   O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!   Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)   Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.  Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!   Orada ayı bir nur, günəşi də bir çıraq etdi.  Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.   Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.   Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,  Onun geniş yollarında gəzəsiniz!"  Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.   (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular. (Nuh Surəsi, 10-22)

Hz. Nuhun ixlasla etdiyi çağrışlar qarşılıqsız qalmış, qövmü Nuh Peyğəmbərin səmimiyyətinə, ayədə ifadə edildiyi üzrə “böyük hiyləli nizamlar” quraraq cavab vermişdir.

Hz. Nuh kimi bütün peyğəmbərlər və saleh möminlər də yaşadıqları cəmiyyətlərdə bənzəri hadisələrlə qarşılaşmışlar. Ancaq bunların heç birindən yorqunluğa düşməmiş, insanları, iman edib Allahın razılığına uyğun bir həyata dəvət etməkdən imtina etməmişlər. Allah, dünyəvi heç bir qarşılıq gözləmədən yalnız Öz razılığını gözləyərək belə fədakarlıqda olan qullarını dünyada və axirətdə belə müjdələməkdədir:

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq! 

(Al-İmran Surəsi, 145)


 << Geri