Get Adobe Flash player

Fələstinli Müsəlmanlar təxminən yarım əsrdir, heç bir səbəb göstərilmədən evlərindən çıxarılmaqda, güllələnməkdə, hücuma məruz qalmaqda, evləri başlarına yıxılmaqda, tarlaları və bağçaları yox edilməkdə, işgəncəyə və şiddətə məruz qalmaqdadırlar. Hücuma məruz qalan, üzərlərinə alov atılan, bombardumana məruz qalan uşaqların, gənclərin və qadınların ancaq çox az bir qismi dünya mediasına əks olunmaqdadır.

Əhalisinin 70% gənclərdən ibarət olan Fələstində, 1948-ci ildən başlayan işğal ilə birlikdə uşaqlar da köçü, sürgünü, nəzarətləri, həbs və qırğınları yaşadılar. Fələstinlilər öz torpaqlarında ikinci sinif insan rəftarı gördülər. Qarşıdurmaların hələ də sıx olaraq getdiyi bölgələrdə hər gün bir neçə uşaq ölməkdə və 10un üzərində uşaq da yaralanmaqdadır. Yüzlərlə idarə nöqtəsiylə əhatə edilmiş Fələstində, xalq sanki böyük bir açıq hava həbsxanasında yaşamaqdadır. Gündəlik işləri üçün bir yerdən digərinə çatmaq da böyük bir işgəncəyə çevrilməkdə, təcili xəstələrin xəstəxanaya çatması belə çox vaxt mümkün olmamaqdadır. Sapan və daşlarından başqa heç bir silahları olmayan gənc insanlar isə atdıqları daşlar qarşılığında tam təchizatlı İsrail əsgərlərinin həqiqi güllələrinə hədəf olmaqdadır. Üstəlik İsrail əsgərləri yalnız özlərinə daş atanların deyil, bütün vətəndaşlara qarşı mərhəmətsiz bir qırğın siyasəti izləməkdədirlər.

Evinə çörək aparan bir ata, hamilə yoldaşının və uşaqlarının gözləri qarşısında heç bir səbəb göstərilmədən vurulmaqdadır. Tarlalarda işləyən qadınların üzərlərinə vertaloyotlardan atəş açılmaqda, amma səbəbi heç bir zaman dilə gətirilməməkdədir. Məktəbdən evə dönən uşaqlar İsrail tanklarından açılan atəş nəticəsində həyatlarını itirməkdədirlər. Çox vaxt yaralananlara təcili yardım gəlməsinə və ya xəstələrin xəstəxanaya aparılmasına İsrail əsgərləri icazə verməməkdə, çoxu insan bu şəkildə can verməkdədir. Milyonlarla insan onlarla ildir mühacir düşərgələrində aclıq və səfalət içində yaşamaqda, qadınlar daxil bir çox Müsəlman İsrail həbsxanalarında müxtəlif işgəncələrə məruz qalmaqdadırlar. Üstəlik hər an yeni bir bombalama hədələməsiylə qarşı-qarşıya qalmaqdadırlar. (Məlumat üçün baxın Fələstin, Harun Yahya)

Ancaq bunu da ifadə etmək lazımdır ki, Fələstinli Müsəlmanların yaşadıqları ağrılardan bütün İsrailliləri sorumlu tutmaq əsla mümkün deyil və bu heç bir şəkildə doğru bir yanaşma da olmaz. Fələstin torpaqlarında yaşananların  təməlində irqçi bir ideologiya olan radikal ateist Siyonizmi iştirak etməkdədir. Radikal Ateist Siyonistlərin  şiddətə dayanan siyasətləri bir çox inanclı, sağlamfikir və vicdan sahibi Yəhudilər tərəfindən də qınanmaqda, daha torpaqlarında yaşayan çox sayda dindar Yəhudi və Xristian da atesit Siyonistlərin tətbiqləri səbəbiylə böyük zərər görməkdədirlər.

Müsəlmanlar olaraq bizim xahişimiz, yaşanan bütün bu çətinliklərin sona çatması və Orta şərqə barış gəlməsidir. İsraillilərin günahsız insanları vurmasına da, bəzi radikal Fələstinlilərin terrora müraciət edərək günahsız İsrailliləri bombalamasına da qarşıyıq. Fələstin torpaqları, Yəhudilərin, Müsəlmanların və əlbəttə Xristianların bir yerdə dinclik içində yaşaması lazım olan müqəddəs torpaqlardır. Din əxlaqının əmri olan sevgi, mərhəmət, xoşgörüş, şəfqət tam mənasıyla yaşandığında, bütün anlaşılmazlıqlara Allahın əmri gərəyi ədalətli həllər yaradıldığında Biz tərəfdən bu qarşıdurmaların sona çatması və Orta şərqə həqiqi bir barış gəlməsi, hər iki tərəfin də öz inanclarını səmimi və doğru bir şəkildə anlayıb tətbiqiylə mümkün olacaq.


 << Geri