Get Adobe Flash player

 Fədakarlıqda olmağı özləri üçün bir itkin olaraq görən insanlar, əvvəlki hissədə izah edildiyi kimi, özlərini təmizə çıxarmaq üçün bir çox bəhanə qarşıya qoyarlar. Ancaq həqiqətdə özləri də ürəklərində olan səmimiyyətsizliyi əlbəttə çox yaxşı bilməkdədirlər. Bütün bu bəhanələri yalnız insanları razı salmaq, ətraflarındakı kəslər arasındakı etibarlarını qoruya bilmək üçün istifadə etməkdədirlər. Necə ki Müsəlmanlar da Quranı özlərinə rəhbər etmiş olmalarından ötəri, onların bu rəftarlarının həqiqətdə niyə qaynaqlandığını bilməkdədirlər.

Söz mövzusu kəslərin Allahın razılığını qazana biləcəkləri halda məsuliyyət boynuna götürməkdən, fədakarlıqda olmaqdan qaçmalarının ən fundamental səbəblərindən biri "ürəklərinin şübhəyə qapılmış və qərarsızlığa düşmüş olmaları"dır. Quranda bu vəziyyət belə bildirilməkdədir:

(Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir! (Fussilət Surəsi, 54)

Biz Musaya kitab (Tövrat) verdik və onun (Quranın) barəsində də ixtilaf düşdü (yəhudilərin bəzisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Quranın) barəsində də şəkk-şübhədədirlər! (Hud Surəsi, 110)

Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar. (Tövbə Surəsi, 45)

Allah, insanları şeytanın bu aldatmasına qarşı " (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma! " (Bəqərə Surəsi, 147) ayəsiylə xəbərdar etmiş, Allah Qatında əsl qəbul olanın hər nə çətinliklə qarşılaşılırsa qarşılaşılsın tərəddüdə qapılmadan əzmlə səy göstərməyə davam etmək olduğunu bildirmişdir:

Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır! (Hucurat Surəsi, 15)

Söz mövzusu kəslər Allahın, axirətin və hesab gününün varlığından yana şübhəyə düşmüş, dünya həyatının mənfəətlərini daha yaxın və daha asan görmüşlər. Allahın sonsuz ədalət sahibi olduğunu, hər şeyi xeyrlə yaratdığını, iman edənlərin köməkçisi olduğunu unutmuşlar. “Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).” (Maidə Surəsi, 56) ayəsiylə vəd edildiyi kimi, səmimi insanların mütləq üstün gələcəyini unutmuşlar. Allah yolunda xidmət etmələri ya da fədakarlıq göstərmələri lazım olduğunda qaçmağa işlərinin ən əhəmiyyətli səbəblərindən biri də yaşadıqları bu qəflət halı və ürəklərindəki şübhədir.

Bu vəziyyətin ikinci bir səbəbi isə, vicdanlarını örtən bu insanların, " Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.” (İnsan Surəsi, 27) ayəsiylə bildirildiyi kimi, "dünya həyatını axirətə seçmələri"dir. Halbuki dünya həyatının mənfəətləri nə qədər yaxın və asan görünsə də, Quran ayələrini bilən bir insan əsl qalıcı və davamlı olanın axirət nemətləri olduğunu bilər. Ancaq imanları zəif olan bu kəslər dünya həyatına daha çox əhəmiyyət verməkdədirlər. Ürəklərindən dünya bəzəklərinə qarşı duyduqları ehtirası təyin etmədikləri üçün, bunlardan infaq etməyi də qəbul edə bilməzlər. Din əxlaqına və Müsəlmanlara qarşı bir yaxınlıq göstərməməkdədirlər; amma dünya həyatı, yaxınları, məşğul olduqları işlər, etdikləri ticarət, sahib olduqları mal mülk, insanlar arasında əldə etdikləri etibar, onlar üçün Allahın razılığından daha əhəmiyyətlidir. Dilləriylə bəlkə bunu açıq açıq söyləməzlər, amma həyat tərzləri, dünyadan yana göstərdikləri səy bu həqiqəti açıqca ortaya qoyar. Quranda, həqiqətdə fasiq olan bu kəslərin vəziyyətinə belə diqqət çəkilməkdədir:

(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə Surəsi, 24)

(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır! (Fəth Surəsi, 11)

Bu səmimiyyətsiz əxlaqı yaşayan insanların fədakarlıq söz mövzusu olduğunda geriyə qaçmalarının bir başqa səbəbi isə "öz mənfəətlərini Allahın razılığından daha üstün tutmalarıdır. Təməldə səmimiyyətsiz bir iman anlayışı içərisində olmalarından ötəri, - öz mənfəətlərinə toxunmadığı müddətcə- dünya üzərində olub bitən heç bir mövzu onları həqiqi mənada maraqlandırmaz. Belə bir mövzunun həmsöhbəti olduqlarında nəzakətən maraqlanırmış kimi, sevimli bir neçə sözlər, ancaq hərəkət olaraq heç bir şəkildə hərəkətə keçməyi düşünməzlər.

Quranda, Peyğəmbərimiz (səv) dövründə də eyni əxlaq anlayışıyla hərəkət edən insanların, əllərində güc və sərvət kimi imkanlar olduğu halda, yalnız öz rahatlarını düşünmələrindən ötəri Rəsulullahdan geridə qalanlarla birlikdə qalmağı tələb etdikləri bildirilməkdədir:

“Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər.

Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar. (Tövbə Surəsi, 86-87)

Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir. (Tövbə Surəsi, 90)

Şübhəsiz bu vəziyyət, iman etdiklərini və Allahın razılığını qazanmaq üçün yaşadıqlarını söyləyən bu insanların həqiqətdə axirətdən çox dünyaya əhəmiyyət verdiklərini açıqca ortaya qoymaqdadır. Söz mövzusu kəslərin fədakarlıqdan qaçmalarının bir başqa səbəbi isə "qorxaq olmaları"dır. Allahın bütün insanların hakimi olduğunu, dilədiyi an dilədiyi şeyi yaratmağa qadir olduğunu unudarlar. Ətraflarındakı insanların Allahdan müstəqil bir gücə sahib olduqlarını sanaraq insanlardan çox çox çəkinərlər. Onların nə deyəcəkləri, haqqlarında nə düşünəcəkləri son dərəcə əhəmiyyətlidir. Eyni şəkildə insanlara gələcək zərəri önləyə biləcək və onlara xeyr çatdıra biləcək tək gücün Allah olduğundan da qafildirlər. Bu səbəblə güc sahibi sandıqları insanların özlərinə zərər verə biləcəklərini, amma əgər onların könüllərini xoş edərlərsə özlərinə fayda təmin edə biləcəklərini düşünərək onları məmnun etməyə çalışarlar. Halbuki bu böyük bir yanılmadır. Bütün insanları yaradan Allahdır və an an onların hər rəftarını Allah təyin etməkdədir. Allahın icazəsi olmadan heç kimin bir başqasına zərər verməsi ya da mənfəət təmin etməsi söz mövzusu deyil. Quranda bu kəslərin əxlaqı belə bir örnəklə bildirilmişdir:

Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cürət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır. (Həşr Surəsi, 14)

Allah bu kəslərin, içlərindəki qorxu səbəbiylə, ancaq dünya mənfəətlərini zəmanət altına aldıqları, insanlardan zərər görməyəcəklərinə əmin olduqları təqdirdə fədakarlığa və möminlərə dəstək olmağa yanaşacaqlarını bildirmişdir. Allah, zərər görməkdən çəkindikləri üçün Quran əxlaqını yaşamaqdan qaçan bu insanlara "qaçışın bir fayda verməyəcəyini" və "çox az bir zaman xaricində dünyadan faydalanmalarının mümkün olmadığını" ayələrdə belə bildirməkdədir:

(Ya Peyğəmbər! Bu münafiqlərə) de: “Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)

De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.

Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)” – deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,

(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (möminlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır! (Əhzab Surəsi, 16-19)

Allah bu kəslərin möminlərə qarşı "xəsis və eqoist" bir əxlaq içərisində olduqlarını, çətinliyə gələ bilmədiklərini və qorxuyla qarşılaşdıqlarında sanki "ölüm huşsuzluğu keçirirmişcəsinə" baxdıqlarını bildirmişdir. Ayrıca Allah bu kəslərin həqiqətdə iman etməmiş olduqlarını xəbər vermişdir.

Allahın sonsuz gücündən qafil olan bu insanlar bəzən əllərində ətraflarında olub bitən mövzulara həll gətirə biləcək, heç olmasa bu məqsədə dəstək ola biləcək bir çox imkan olduğu halda, insanlardan çəkindikləri üçün bu cəsarəti və fədakarlığı göstərə bilməzlər. Məsələn bir çox ölkədə xalqın vicdanı təhsillə şüurlandırılması, birlik və həmrəyliyə, fədakarlığa təşviq edilməsi, yaşanan problemlərin təhlil edilməsinə faydalı ola biləcək bir yoldur. Eyni şəkildə insanların ədalətsiz tətbiqlərinin, zülmdən çəkinməmələrinin, qarışıqlıq və terror mühitləri meydana gətirmələrinin təməlində də Allah qorxusundan xəbərsiz yaşamaları iştirak etməkdədir. Bu insanlara Allahın varlığının dəlillərinin, iman həqiqətlərinin, axirət inancının, hesab gününün izah edilməsi, bir çox adamın vicdanlı davranmasını və beləcə cəmiyyətdə dinclik və barışın yaşanmasını təmin edəcək. Şübhəsiz bütün bunların geniş kütlələrə izah edilməsində televiziya, radio və mətbuat kimi ünsiyyət vasitələrinin rolu son dərəcə böyükdür.

Vicdanın gərəyi, bu cür imkanlara sahib olan kəslərin yalnız öz ticari mənfəətlərini düşünmək yerinə, cəmiyyətin ehtiyaclarını göz qarşısında saxlayaraq hərəkət etmələridir. Ancaq xalqın belə çətin şərtlər altında olduğu kimi ölkələrdə, insanlar bu ehtiyacın fərqində olduqları halda, sahib olduqları imkanları bu məqsədlə istifadə etməkdən çəkinərlər. Allahın razılığındansa ətraflarındakı insanların göstərəcəkləri reaksiyaları daha çox əhəmiyyət verər, rahatlarının pozulmasından, imkanlarına bir zərər gəlməsindən həddindən artıq dərəcədə qorxarlar.

Sırf çətinliklə qarşılaşmamaq üçün, bir çox xeyirə vəsilə ola biləcəkləri çox əhəmiyyətli imkanları lazımı kimi istifadə edə bilməzlər. İman etməyənlərin özlərini mühakimə etmələrindən çəkinərək Allahın adını xatırlayıb ucaldan, insanlara imanı sevdirəcək, gözəl əxlaqı nəsihət edəcək fəaliyyətlərdə olmaqdan çəkinərlər. Bəzən də vicdanlarının təzyiqi səbəbiylə bu cür cəhdlərdə olar ancaq bunu da yenə reaksiya almamaq üçün ola bildiyincə məhdud edərlər. Bu şəkildə vicdanlarını rahatlaşdırmağa çalışarlar ancaq hər insan axirətdə edə biləcəyinin ən çoxunu edib etmədiyindən məsul tutulacaq. Unudulmamalıdır ki əksinə isə, bir parça dünyaya yönəlib bir parça da Müsəlman əxlaqı göstərmək adamın axirət qurtuluşu üçün kafi olmaya bilər. Allah Quranda bu vəziyyəti insanlara belə bildirməkdədir:

Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.

(Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən! (Nisa Surəsi, 142-143)

Bu kəslərin xidmətdən, fədakarlıqdan və məsuliyyətdən qaçmalarının bir başqa səbəbi isə dünya həyatına istiqamətli bir "gələcək narahatlığı içərisində yaşamaları"dır. Quranda "Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.” (Bəqərə Surəsi, 268) ayəsiylə ifadə edildiyi kimi, bu kəslər kasıblaşmaqdan, sahib olduqları imkanları itirməkdən, öz imkanlarından infaq etdikləri təqdirdə irəlidə bunun özlərini çətinliyə soxmasından narahat olarlar. Bu səbəblə xüsusilə maddi baxımdan təsirlənəcəklərini düşündükləri mövzularda fədakarlıqda olmaqdan qaçınarlar.

Allahın "Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.” (Nisa Surəsi, 39) ayəsiylə xatırlatdığı kimi, bunun dünyada və axirətdə özləri üçün necə böyük bir qazanc vəsiləsi olacağının şüurunda deyildirlər. Bunların hamısına öz səyləriylə sahib olduqlarını sanar və yenə bunları öz səyləriylə qoruyub artıra biləcəklərini düşünərlər. Sahib olduqları hər şeyi özlərinə verənin Allah olduğunu unudarlar. Halbuki mülkün tək sahibi Allahdır və bunu dilədiyi an dilədiyinə verəcək tək gücdür.

Görüldüyü kimi, mövzu hər nə olursa olsun insanların Müsəlmanlara dəstək olmaqdan, məsuliyyətli olmaqdan qaçmalarının və orta bir yol tutmalarının təməl səbəbi "səmimi iman etməmiş olmaları"dır. Bu zəif iman şəkli, söz mövzusu kəslərin həyatlarının hər mərhələsində; dinə xidmətdə, gözəl əxlaqda, Allahın razılığını axtarmaqda bitərəf bir rəftarı göstərmələrinə səbəb olmaqdadır. Ancaq unudulmamalıdır ki   Allah Quranda "Rəbbimizə ibadət etməkdə bitərəf davranmanın kədərli bir əzabla qarşılıq görəcəyini" bildirməkdədir:

İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır! (Nisa Surəsi, 172)

(Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar! (Nisa Surəsi, 173)

Belə bir vəziyyətdə iman edən, Quran ayələrindən xəbərdar olan hər insanın vicdanını lazımı kimi istifadə etmək və Quran əxlaqını gücünün çatdığı ən çoxuyla çox yaşamaq üçün bir dəfə daha niyyət etməsi lazımdır. Bu əxlaq göstərildiyində Allahın köməyi və dəstəyi bu kəslərlə birlikdə olacaq, Allah göstərdikləri hər səyə dünyada və axirətdə ən gözəl qarşılığı verəcək.



 << Geri