Get Adobe Flash player

Əvvəlki hissələrdə çətinliklərlə qarşılaşdıqlarında yorqunluğa qapılan insanların, dünyada hökm sürən zülmü dayandırmaq, köməyə möhtac insanlara kömək etmək, insanları yaxşılığa və doğruya çağırmaq üçün səy göstərməkdən imtina etdiklərindən bəhs etdik. Ancaq bu kəslərin yaşadıqları bu yorqunluğ elə şiddətlidir ki özləri geridə qaldıqları kimi, Allahın razılığına uyğun olaraq bu məsuliyyəti yerinə yetirməyə çalışan insanlara da dəstək olmaqdan qaçınarlar. Halbuki Allah Quranda yaxşılıq və təqva mövzusunda Müsəlmanların bir-birlərinə dəstək olmalarını bildirmişdir:

Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir! (Maidə Surəsi, 2)

Vicdan və fəzilət sahibi Müsəlmanlar, insanlara Quran əxlaqını izah edə bilmək, dünyada hökm sürən ədalətsizliklərə son verə bilmək üçün mübarizə apararkən, öz problemləriylə əylənməyə dalan insanlar bu vəziyyətə tamaşaçı qalarlar. Allahın razılığının, bu kəslərə dəstək olub kömək etməkdə olduğunu bilməkdədirlər. Ancaq əvvəlki hissədə sayılan, dünya sevgisi ya da insanların razılığını güdmə kimi səbəblərlə özləri etmədikləri kimi, fədakarlığı boynuna götürən insanları dəstəkləməyə də yanaşmazlar. Mümkün olduğunca, bir kənardan belə olsa, heç bir mövzuya qarışmamağı özləri üçün bir qazanc olaraq görərlər.

Kimiləri də Müsəlmanlara müəyyən bir yerə qədər dəstək olarlar. Amma məsuliyyəti həqiqi mənada boynuna götürmədiklərindən onsuz da heç bir zaman üçün çətinliklərlə qarşı-qarşıya gəlməzlər. Peyğəmbərimiz (s.ə.s.) dövründə bu davranışın bir çox nümunəsinə rast gəlinmişdir. Münafiq xarakterli kəslər ediləcək fədakarlıqlar mənfəətlərini məcbur etmədiyi təqdirdə, Müsəlmanlara dəstək olan bir görünüş sərgiləməyə çalışmışlar. Bu vəziyyət maddi mənəvi mənfəətləriylə zidd düşdüyündə isə yorqunluğ göstərmişlər. Hətta öz mənfəətlərinə zərər gəlməsə belə, yanlarındakı Müsəlmanların başlarına bir şey gəlməsi də onların narahat olub geri dönmələri üçün kafi olmuşdur. Onları içərisində olduqları çətin vəziyyətdən qurtarmaq, köməkçi olmaq yerinə bir anda sanki heç tanımırmışcasına Müsəlmanları üzüstə buraxmaq istəmişlər. Ən kiçik bir riskdə hər şeyi buraxıb, hər cür məsuliyyətdən qaçınaraq Müsəlmanları tərk etmişlər. Möminlərin əsl köməkçisinin, onları hər cür çətinlikdən qurtarmağa qadir olan Rəbbimiz olduğunu unutmuşlar.

Münafiq xarakterli insanlar, Müsəlmanlara istiqamətli bir böhtan atıldığında ya da ən kiçik bir ittihamda olduqlarında da yenə eyni gücsüz və səmimiyyətsiz rəftarı göstərərlər. Halbuki, bunun Quranda bildirilən Allahın bir qanunu olduğunu, bütün peyğəmbərlərin şifahi ya da hərəkəti olaraq bu tərz hücumlarla qarşı-qarşıya qaldıqlarını çox yaxşı bilməkdədirlər. Allah bu həqiqəti bir ayədə belə bildirməkdədir:

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Al- İmran Surəsi, 186)

Bu həqiqəti bildikləri halda, inkar edənlərin sözlərinə etibar edərək Müsəlmanları üzüstə buraxmalarının Allah Qatında özlərinə yükləyəcəyi məsuliyyəti düşünməzlər. Halbuki Allah, belə bir vəziyyət qarşısında Müsəlmanların bir-birlərinə qarşı necə bir rəftar içərisində olmaları lazım olduğunu belə açıqlamışdır:

Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hucurat Surəsi, 6)

Başqa ayələrdə isə Allah, Müsəlmanlara istiqamətli bir böhtan atıldığı zaman xeyirli bir zənndə olmaları lazım olduğunu belə bildirməkdədir:

Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi? (Nur Surəsi, 12)

 

O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi? (Nur Surəsi, 15-16)

Söz mövzusu kəslər Allahın Quranda ifadə etdiyi bütün bu ayələri bilməkdə ancaq öz rifahlarının arxasına düşmüş olmaları səbəbiylə, Müsəlmanlara atılan böhtanları ya da onların qarşılaşdığı çətinlikləri, geridə qala bilmək üçün bəhanə əldə etməkdədirlər. Quranda bu əxlaqı mənimsəyən insanların, Müsəlmanların çətinliklə qarşılaşdıqlarını gördüklərində belə dedikləri bildirilməkdədir:

Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım”, - deyər. (Nisa Surəsi, 72)

 

Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər. (Tövbə Surəsi, 50)

Gözəl əxlaqı təbliğ edə bilmək üçün, hər cür çətinliyə baxmayaraq səy göstərən kəslərin hər hansı bir təzyiqlə qarşılaşdıqlarında "yaxşı ki onlarla birlikdə deyildim" demələri ya da fikri mübarizəni buraxmaları Quran əxlaqıyla uyğun gəlməyən rəftarlardır. Zülmü, ədalətsizliyi, mərhəmətsizliyi, xaos və qarışıqlığı dəstəkləyən cahiliyyə əxlaqının qaldırılıb, yerinə bütün dünyada barış, ədalət və dincliyi gətirəcək olan Quran əxlaqının yerləşdirilməsi üçün əlbəttə ki bir səy sərf etmək lazımdır. Bu səy, ağıl istifadə etməni, cəsarət və səbir göstərməyi, bir çox şeydən fədakarlıqda olmağı, çətinliyi gözə almağı, heç bir şəkildə yorqunluğa qapılmadan səy göstərməyi tələb edəcək. Əlbəttə ki iman etməyənlər, “Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.” (Al- İmran Surəsi, 118) ayəsiylə bildirildiyi kimi, Quran əxlaqının insanlar arasında yayılmasını maneə törədə bilmək üçün möminlərə çətinlik çıxaracaq, onlara çətinlik verəcək mühitlər meydana gətirəcəklər. Ancaq Müsəlman, dünya həyatında bu cür çətinliklərlə mübarizə etməsi lazım olacağının fərqindədir.

Allah Quranda dünya həyatının bir imtahan yeri olduğunu, yalnız burada bu səmimi səyi xərcləyənlərin sonsuz həyatlarında rahatlıq və nemət içərisində ola biləcəklərini xəbər vermişdir. İnkar edənlərin, ayədə ifadə edildiyi kimi Müsəlmanlara "pislik, zərər və çətinlik" verməyə çalışdıqları bir vəziyyətdə, səmimi Müsəlmanların Quran əxlaqını yaşamada bir-birlərinə dəstək olmaları lazımdır. Allah Quranda möminləri bu əxlaqı yaşamaqla öhdəçilikli etmiş, belə bir-birlikdəlik içərisində hərəkət edildiyində, inkar edənlərin ağır təzyiqlərini geri püskürdəcəyini, göstərdikləri səbir və təvəkkülə qarşılıq onları müvəffəqiyyətli edəcəyini müjdələmişdir:

(Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir! (Nisa Surəsi, 84)

 

Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır! (Ənfal Surəsi, 65)


 << Geri