Get Adobe Flash player

Quranın " (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (Tövbə Surəsi, 81) ayəsiylə Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşamış münafiq xarakterli kəslərin Allah yolunda fədakarlıqdan, səy göstərməkdən qaçınmalarına sevindikləri bildirilmişdir.

Qarşılığında heç bir mənfəət əldə etmədən fədakarlıqda olmalarını, özləri üçün itkin olaraq görən insanlar, belə bir öhdəçilikdən xilas ola bildiklərində də özlərini qazanclı sanaraq sevincə qapılmışlar. Sahib olduqları maddi mənəvi bütün nemətləri özlərinə Allahın verdiyini, bu nemətlərdən fədakarlıqda olmasalar da Allahın dilədiyi an bütününü birdən əllərindən ala biləcəyini düşünməmişlər. Halbuki Allah Quranda, səmimiyyətsizcə tələ quran kəslərin içərisində olduqları vəziyyətin, əslində bu kəslər üçün bir qazanc olmadığını     " (Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!” (Ənfal Surəsi, 30) ayəsiylə bildirmişdir.

Şübhəsiz, Peyğəmbərimiz (s.ə.s.)in dövründəki insanların göstərmiş olduğu bu əxlaq, Quranı özlərinə rəhbər edən bütün insanlar üçün əhəmiyyətli bir ibrət vəsiləsidir. İman edən, Quran əxlaqını yaşayan bir insan, hər nə səbəblə olursa olsun fədakarlıqdan qaçmanın adama bir qazanc təmin etməyəcəyini unutmamalıdır. Quranda " (Ya Peyğəmbər! Bu münafiqlərə) de: “Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)” (Əhzab Surəsi, 16) ayəsiylə bildirildiyi kimi, fədakarlıqdan, malını canını Allahın razılığını qazanmaq üçün istifadə etməkdən qaçan bir kimsənin dünya həyatından əldə edəcəyi mənfəətlər də son dərəcə məhdud və qısa davamlı olacaq.

Ayrıca insan fədakarlıqdan qaçınaraq özünə saxladığı bütün bu dünya bəzəyini istifadə etməyə fürsət də tapa bilmədən ölümlə qarşılaşa bilər. İnsan bəzən təbii bir fəlakətlə, bəzən xəstəlik, qəza ya da hər hansı bir səbəblə sahib olduğu hər şeyi tərk etmək vəziyyətində də qala bilər. Belə bir vəziyyətdə, adamın göstərdiyi əxlaqın axirətdəki qarşılığının necə olacağını da unutmaması lazımdır. Dünya həyatında, Allahın məmnuniyyəti xaricində adamın özünə saxladığı hər şey, onun üçün bir ürək ağrısı və əzaba çevrilə bilər. Allah qiyamət günü bu kəslərin üzr bəyan etmələrinə icazə verilməyəcəyini bildirmişdir:

Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. Onlara üzr istəməyə izin də verilməz. (Mürselat Surəsi, 35-36)

Bu əhəmiyyətli həqiqətin hələ vaxt varkən başa düşülməsi son dərəcə əhəmiyyətlidir. Hər insan ölümlə qarşılaşmadan əvvəl Allahın razılığına uyğun bir əxlaq göstərə bilmək üçün əlindən gələn bütün səyi göstərməlidir. Çünki bu əxlaqı yaşamağı təxirə salmaq ya da əhəmiyyətli görməmək sonsuza qədər davam edəcək böyük bir peşmanlığa çevrilə bilər. Allah, sahib olduqlarını Öz razılığını qazana bilmək üçün xeyirli işlərdə istifadə etmiş olanları isə dünyada da axirətdə də rəhmətiylə dəstəkləyəcəyini, mükafatlandıracağını bildirmişdir. Quranda belə buyurular:

(Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola dəvət etməkdir). Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz! (Bəqərə Surəsi, 272)


 << Geri