Get Adobe Flash player

Mömin üzərinə düşən məsuliyyətlərdən biri də dünya gündəmində tez-tez iştirak edən, uşaqların məruz qaldıqları çətinliklərə həll gətirə bilməkdir. Körpü altında yatan, zibil qarışdıraraq həyatını davam etdirən, çox az bir pul qarşılığında həyatını təhlükəyə ataraq çalışmaq məcburiyyətində qalan, evi olmayan, bəslənmə qeyri-kafiliyi səbəbiylə ölən bir çox uşaq vardır. Dünya daxilində pis davranışlara, laqeydliyə, şiddətə, cinsi hücuma, istismara məruz qalan, narkotik trafikində istifadə edilən uşaq sayında gedərək bir artım müşahidə edilməkdədir.

Əlaqədar təşkilatlar tərəfindən edilən statistik hesablamaların yalnız ümumi nisbətləri belə uşaqların içərisində olduğu vəziyyətin ciddiliyini bütün açıqlığıyla ortaya qoymaqdadır.

Yoxsulluq və mənfi sağlamlıq şərtləri

-Dünya uşaq əhalisi 2 milyard 850 milyon 3. 600 milyon uşaq, yoxsulluq sərhədinin altında yaşayır. Hər beş uşaqdan biri yoxsul. 4

-1 milyard 100 milyon uşaq sağlam ev mühitindən uzaq böyüyür. Küçədə yaşayan uşaqların sayı 90 milyon. 5

-Dünyada hər il 40.000 uşaq ölür.

-Üzrlü uşaqlar təhsil və sağlamlıq haqqlarından faydalana bilmir. Dünya uşaqlarının yüzdə 85-i problemli böyüyür. 6

-Dünyada hər gün 5 yaşından kiçik 30.500 kişi və qız uşaq, önlənə bilər səbəblərdən ötəri ölür. 7 (hər il 5 yaşın altındakı 10 milyon uşaq önlənə bilər səbəblərdən ötəri ölür-8 (UNİCEF-2002)

-Dünyadakı uşaq ölümlərinin çoxu qeyri-kafi bəslənmədən qaynaqlanır. İnkişaf etməkdə olan ölkələrdə 174 milyon (0-5) qeyri-kafi bəslənir və bu uşaqlar olmaları lazım olan ağırlığın altındadırlar. 9

-2 yaşdan az olan uşaqlarda dəmir əskikliyi daha sonraları xarici dünyayla ünsiyyət çətinliklərinə səbəb olur və bu vəziyyət əzka geriliyinə yol açır. 10

-Dünya daxilində uşaqların yalnız 71%-i təmiz su içə bilir. 11 ildə iki milyon uşağın (dərhal hamısı beş yaşdan aşağı) su qaynaqlı xəstəliklərdən ölməsi həqiqətinə baxmayaraq, dünya hələ təmiz su və sağlamlıq şərtlərini təmin edə bilmir. 12

-20 milyondan çox körpəni hər beş körpədən biri- aşağı kiloda (2.5 kilodan az) dünyaya gəlir. Bu vəziyyət hər il 4 milyon körpənin daha bir aylıq olmadan ölməsinin ən əhəmiyyətli səbəbini meydana gətirir. Aşağı kiloda doğuş isə irəlidə şəkər xəstəliyi, xərçəng və infarkt riskini 50% artırır. 13

-Dünyada inkişaf etməkdə olan ölkələrdə 30 milyon körpə ilk ad günlərindən əvvəl peyvəndlənmir. Bu səbəblə 900 mindən çox, beş yaşından aşağı uşaq hər il qızılcadan ölür. Yenə hər il yeni doğulmuş 200 min körpə tetanozdan ölür. Hər il 370 min uşaq şiddətli öskürəkdən, 50 mini də vərəmdən ölür. Halbuki bu xəstəliklər peyvənd etmə yoluyla immunitet qazandırılaraq önlənə bilər.

-Yenə tamamilə önlənə bilər xəstəliklərdən hər il yeni doğulmuş 200 min körpə ilk aylarında ölür. 14

-Hamiləlik və doğuşdakı qeyri-kafi sağlamlıq baxımı 5 milyon körpənin ölümünə yol açır. 15

-İldə 2 milyon beş yaşdan aşağı  uşaq, tənəffüs yolu infeksiyasında professional baxım qeyrimümkünlüyündən ölür. 16

-Hər il 400 min uşaq sətəlcəm və ya menenjittən ölür. 17

- HİV/AİDS epidemiyasının dayandırılması üçün lazım olan kampaniyaların təxirə salınması səbəbiylə hər ay 250 min uşaq və gənc bu ölümcül virusu qapır. 18

-Xüsusilə muhacir düşərgələrində şiddətini göstərən AİDS, 3.8 milyondan çox uşağın ölümünə, 13 milyonun da yetim qalmasına yol açdı. 19 (2002 BM hesabatı)


Uşaqların işlədilməsi və istismar edilməsi

-İnkişaf etməkdə olan ölkələrdə yaşları 5 ilə 14 arasında olan 252 milyon uşaq işçi yanında, yaşları 5 ilə 11 arasında 50-60 milyon uşaq da təhlükəli şərtlərdə işləməkdədirlər. 20

-10 yaşından etibarən bir çox çətinlik içərisində yaşamağa başlayıb 30 yaşında ölən təxminən 2 milyon uşaq hər il cinsi istismara məruz qalmaqdadır. 22

Döyüş riski altındakı uşaqlar

-Son on il içində 2 milyon 400 min uşaq döyüşlərdə öldü. 6 milyondan çoxu ciddi şəkildə yaralandı və ya şikəst qaldı. Milyonlarla uşaq şiddət istifadə etməyə məcbur edildi. 23

-16 milyon uşaq pisxoloji zədə keçirdi. 15 milyonu evsiz.(24) Təxminən 25 milyon uşaq hələ də evlərindən ayrılmış vəziyyətdə. (25) Muhacir uşaqların sayı isə 5 milyon 433 min. (26) (BM 2002)

-Döyüşlərdə xəbərdarlıqları oxuya bilmədikləri üçün minalara düşüb həyatını itirən və şikəst qalan uşaq sayı hər keçən gün artır. 90 ölkədə uşaqlar döyüşən orduların və üsyankarların yerləşdirdiyi 60 milyon quru minası təhlükəsi altında yaşayır. İldə 10000 uşaq mina qurbanı olmağa davam edir. (27) (2002 BM hesabatı)

-Döyüş sonrasında yemək qaynaqlarının yox edilməsindən və ya sağlamlıq xidmətlərinin ortadan qaldırılmasından ötəri də uşaqlar ölməyə davam edir. (28)

-Bəzi bölgələrdə isə uşaqlar həyatda qalmaq üçün əsgər olurlar. 7-14 yaşları arasında 300 min uşaq aktiv olaraq döyüş və silahlı qarşıdurmalara qatılır. 29

-Dünyada çoxu 10 yaşdan aşağı 300,000-dən çox uşaq qaçırılaraq, hələ də zorla əsgərlik edir. Əsgərlik edən qız uşaqların bir çoxu dəyişik cinsi istismara məruz qalırlar. 30 (2002 BM hesabatı)



 << Geri