Get Adobe Flash player

Allah Quranın “Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.” (Kəhf Surəsi, 7) ayəsiylə dünya həyatının, həqiqətən iman edən kəslərlə səmmiyyətsiz insanların ayırd edilməsi üçün bəzəkli olduğunu bildirmişdir. Bir başqa ayədə isə dünya həyatındakı bu bəzəklərdən bəziləri belə açıqlanmışdır:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Al-İmran Surəsi, 14)

Ayədə sayılanların  hər biri insanlar üçün bir nemət olaraq yaradılmışdır. Ancaq insanın məsuliyyəti, bu nemətlərin Allahdan olduğunu bilərək, bunları Rəbbimizə şükr edərək və Onun razı olacağı şəkildə istifadə etməkdir. İnsanın həyatı boyunca qarşılaşdığı hər nemət, onun Allaha daha da yaxınlaşmasına, daha çox şükr etməsinə və Rəbbimizin böyüklüyünü, ağlını, sənətini, sonsuz rəhmətini  daha da yaxşı təqdir edə bilməsinə vəsilə olmalıdır. Dilədiyində Allahın bütün bunları özündən geri ala biləcəyini və Allahdan başqa heç bir gücün ona bir köməyi ola bilməyəcəyini unutmamalıdır.

Bu həqiqətlərin şüuruna çatan bir kimsə, Allahdan başqa dostu, vəlisi və köməkçisi olmadığını, yaşadığı hər an özünü qoruyub gözləyənin, nemət və ruzi verənin, işlərini asanlaşdıranın, dinclik və etibar duyğularıyla ürəyini dəstəkləyənin yalnız Allah olduğunu anlar. Allaha çox dərin bir sevgiylə, sarsılmaz bir bağlılıq və sədaqətlə bağlanar. Rəbbimizi razı edə bilməməkdən, Onun məmnuniyyətini, sevgisini və dostluğunu qazana bilməməkdən şiddətlə qorxar və buna səbəb ola biləcək rəftarlardan titizliklə qaçar. Həyatının hər anını Allahın razı olacağı, Quran əxlaqına ən uyğun olan, gücünün çatdığı ən gözəl rəftarları göstərərək keçirməyə çalışar.

Bu səmimi dünyagörüşünün bir gərəyi olaraq, sahib olduğu hər neməti də yenə yalnız Allahın razılığını, dostluğunu qazana bilmə və sonsuz rəhmətinə qovuşa bilmə məqsədiylə istifadə edər. Yuxarıdakı ayədə sayılanlar iman edən bir kimsə üçün də əlbəttə bir nemətdir. Amma heç bir zaman üçün Allahın razılığını qazanmaqdan irəli deyil. Mömin bunlara istiqamətli mənfəətləri əldə etmək üçün heç bir zaman bir ehtirasa qapılmaz. Allahın razılığını qazanamsı üçün bunların hər hansı birindən infaq etməsi tələb etdiyində də əsla tərəddüd etməz.

Kimi insanların fədakarlıqdakı ölçüsü isə, “Əvvəl mənim rahatım, mənim ehtiyaclarım, mənim istəklərim qarşılansın, sonra başqaları üçün yaxşılıq edərəm” şəklindədir. Ancaq bu həyat fikri Quranda izah edilən fədakarlıq əxlaqıyla heç bir şəkildə uyğun gəlməməkdədir. Çünki bu kəslərin fədakarlıqda olduqlarını söylədikləri şeylər həqiqətdə “sahib olduqları şeylərin ehtiyac duymadıqları qismi”dir. Bunun yoxluğu özlərinə çox təsir etməz. Bu cür bir davranış içərisində olan kəslər fədakar olduqlarını düşünə bilərlər. Ancaq Quranda, Allahın razı olacağı əxlaqın “lazım olduğunda mənfəətlərindən tamamilə imtina edə bilmək, heç düşünmədən ən sevdiyi şeylərdən fəda edə bilmək” olduğu bildirilmişdir. Bu mövzudakı gözəl əxlaq ölçüsünü Allah Quranda belə bildirməkdədir:

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir! (Al-İmran Surəsi, 92)

Allahın bu mövzuda insanlara bildirdiyi bir başqa gözəl əxlaq ölçüsü isə “edilən fədakarlığın, ixlasla edilməsi; yaxşılıq edilən adamı minnət altında buraxacaq rəftarlardan çəkinilməsi”dir. Cəmiyyətdə bəzən yaxşılıq edən, amma ardından da hər fürsətdə etdiyi bu fədakarlığı dilə gətirən insanlara rast gəlmək mümükündür. Bu rəfatrlarıyla yaxşılıq etdikləri adamın özünü borclu hiss etməsini təmin etməyi və irəlidə -əgər ehtiyac olsa- bu yaxşılığın qarşılığını ala bilməyi məqsədlərlər. Bəzi kəslər də ətraflarındakı insanlardan təqdir toplayıb, özlərinə, “nə qədər xeyrixah bir insan!” dedirdə bilmək kimi sadə mənfəətləri hədəflərlər. Halbuki həqiqi fədakarlıq, insanlardan maddi ya da mənəvi heç bir qarşlıq gözləmədən, yalnız Allahın razılığı hədəflənərək edilər. Quranın “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!” (Bəqərə Surəsi, 265) ayəsiylə saleh möminlərin bu mövzudakı ixlaslarına diqqət çəkilmişdir. Bir başqa ayədə isə möminlərin mallarından fədakarlıq edərkən göstərdikləri səmimi rəftarları və yalnız Allahın razılığını güdmələri, “O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.” “And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!”  (Leyl Surəsi, 20-21) ayələriylə ifadə edilmişdir. Quranda, edilən fədakarlığın ardından qarşı tərəfə əziyyət verən və minnət altında buraxan bir əxlaq göstərmənin səhvi xatırladılmış, bundan çəkinən möminlər isə belə müjdələnmişlər:

Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. (Bəqərə Surəsi, 262)

Quranda möminlərin bu üstün əxlaqları səbəbiylə bəzən infaqda olduqları halda bunu gizli tutduqları bildirilmişdir:

Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – məhz onları (gözəl) axirət yurdu – gözləyir. (Rad Surəsi, 22)

Quranda bu mövzuda diqqət çəkilən bir başqa ölçü isə fədakarlığın yalnız rifah və zənginlik içərisindəykən deyil, darlıq, çətinlik və yoxsulluq söz mövzusu olduğunda da eyni şövqlə yaşanmasıdır. İnsan içərisində olduğu maddi mənəvi çətinlikləri vicdanına qarşı bir bəhanə olaraq qarşıya qoymamalıdır. Özünü qoruyub gözləyənin, dəstəkləyib kömək edənin Allah olduğunu heç bir zaman unutmamalı, gözəl əxlaq göstərdiyi təqdirdə Allahın özünə bir çıxış yolu göstərəcəyini, asanlıq təmin edəcəyini bilməlidir. Allah Quranın “Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!” (Rad Surəsi, 18) ayəsiylə Allahın razılığını istəyərək hərəkət edənlər üçün daha gözəli olduğunu bildirmişdir. Çətinliyə düşmə narahatlığıyla fədakarlıq etməkdən, başqalarına yaxşılıqda olmaqdan qaçınan kəslərin isə axirətdə əzabdan xilas ola bilmək üçün, bütün sahib olduqlarını, yığıb saxladıqlarını fidyə olaraq vermək istəyəcəkləri, amma bunların heç birinin qəbul görməyəcəyi bildirilmişdir.

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Al-İmran Surəsi, 134)

Allah “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Təğabun Surəsi, 15) ayəsiylə, dünya həyatının bəzəklərinin ancaq bir fitnə və sınaq mövzusu olduğunu bildirmişdir. Bir başqa ayədə isə bunlara qarşı ehtirasa qapılaraq Allahın razılığını axtarmaqdan uzaqlaşmamaları belə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır. (Munafiqun Surəsi, 9)

İnsanın qarşısına, sahib olduğu maddi imkanların yanında öz canından fədakarlıqda olması lazım olan vəziyyətlər də çıxa bilər. Lakin bu dünyagörüşünün də yalnız bir neçə mövzuyla məhdud olduğu sanılmamalıdır. Dünya həyatında adamın qarşısına çıxa biləcək nemətlər çox müxtəlifdir. İman edən və vicdanını istifadə edən bir insan, bütün bu nemətlərin Allahın bir lütfu və özü üçün bir sınaq mövzusu olduğunu bilər. Bunların hər biri üçün “əlimdəki bu imkanları Allahın razılığına ən uyğun olacaq şəkildə necə istifadə edə bilərəm?” deyə düşünərək hərəkət edər. Bəzən bir başqa möminin həyatını qurtara bilmək üçün öz həyatını təhlükəyə atması, bəzən bir başqasına kömək edə bilmək üçün öz qazanacağı etibardan, mövqedən imtina etməsi lazım ola bilər. Eyni şəkildə başqalarının problemlərini həll edə bilmək üçün, öz imkanlarını səfərbər etməsi, onların rahatı, rifahı, dincliyi üçün, öz nizamından güzəşt verməsi lazım ola bilər. Başqa insanların sağlamlığını, səhhətini qoruya bilmək üçün, öz ehtiyaclarını ikinci plana atmaq məcburiyyətində qala bilər. Fiziki mənada yorulmaq, hər zamankindən daha çox çalışmaq məcburiyyətində ola bilər.

Bu şüurla hərəkət edən bir mömin, gün içərisində ağlını, qabiliyyətlərini, məlumat təcrübəsini, bədəni gücünü, vaxtını ən faydalı şəkildə istifadə etməyə çalışar. Lazım olduğunda öz rahatından ya da özünə ayıracağı vaxtdan fədakarlıqda olar; yuxusuna, yedyinə, digər fərdi işlərinə ayıracağı vaxtı kənara qoyub başqalarına faydalı ola biləcəyini düşündüyü xeyirli işlərə ayırar. Belə bir adam istəsə, bunun yerinə özünə geniş vaxt ayırıb, geriyə qalanını da başqalarına faydalı olmaq üçün istifadə edə bilər. Bu da son dərəcə məqbuldur əslində. Bu adamın da vicdanlı davrandığı, geri qalan vaxtından fədakarlıqda olduğu düşünülə bilər. Amma hər şeyin daha yaxşısı, daha çoxu vardır. Səmimi imanından qaynaqlanan fədakarlıq ruhu da, adamı edə biləcəyinin ən çoxunu etməyə, vaxtının hər saniyəsini ola biləcək ən yaxşı şəkildə istifadə etməyə yönəldər.

Bunun kimi, Allah insanın qarşısına daha bir çox imkan təqdim edər. Kimiləri sahib olduqları bu imkanları Allahın razılığını qazanmaq üçün istifadə etmək yerinə, dünyaya qarşı böyük bir ehtirasa qapılarlar. Əllərindəki nemətləri Allaha şükr edərək istifadə etmək yerinə, bunlara sahiblənib xəsisləşər və daha da çoxunu əldə edə bilmək üçün tamahkar bir əxlaq göstərərlər. Quranda bu kimi insanların rəftarları belə bildirilməkdədir:

(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!) Mən ona bollu mal-dövlət əta etdim; Yanında hazır duran oğullar (verdim); Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim). (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir. (Müdəssir Surəsi, 11-15)

Dünya həyatının bəzəklərinə tamah edərək fədakarlıqda olmaqdan qaçınan, Allahın razılığını axtarmaq yerinə öz mənfəətlərinin arxasına düşən bu kəslərə Allah Quranda belə bir nümunə vermişdir:

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir. (Hədid Surəsi, 20)

Ayədə ifadə edildiyi kimi, insanın dünya həyatında sahibləndiyi, fədakarlıqda olmaqdan qaçındığı hər şey, eyni bir əkin nümunəsi kimi, bir gün mütləq yox olacaq. Allahın razılığını qazanmaq üçün edilən saleh əməllər isə, Allah Qatında ən gözəl şəkildə qarşılıq görəcək və həm dünyada həm də axirətdə nemətə çevriləcək. Bir başqa ayədə Allah bu həqiqəti insanlara belə bildirmişdir:

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf Surəsi, 46)

Çətinlik mühitlərində fədakarlıq göstərə bilmək və səbr edə bilmək Rəbbimiz “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!”. (Bəqərə Surəsi, 155) ayəsiylə dünya həyatında insanların nemətlərlə olduğu qədər çətinlik mühitləriylə də qarşılaşa biləcəklərini bildirmişdir. Bir ayədə Allah bu vəziyyətin bir hikmətini “(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!).” (Məhəmməd Surəsi, 31) sözləriylə açıqlamışdır. Başqa ayələrdə isə Allah, “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)

Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!”. (Ənkəbut Surəsi, 2-3) şəklində buyurmuşdur.

Həqiqətən də çətinlik mühitləri, kəslərin içlərində yaşadıqları əsl xarakterlərinin ortaya çıxmasına səbəb olar. Bir insanın cəsurmu yoxsa qorxaqmı, comərdmi yoxsa xəsismi olduğu; insaniyyətli, vicdanlı, mərhəmətlimi yoxsa düşüncəsiz və eqoist bir əxlaqamı sahib olduğu həmişə çətin şərtlər altında ortaya çıxar. Bütün həyatını, sahib olduğu hər şeyi Allaha həsr etmiş, Rəbbimizin razılığını qazana bilmək üçün hər cür fədakarlığı gözə almış bir insanın əxlaqındakı üstünlük də yenə bu şəkildə aydın olar. Hər nə çətinliklə qarşılaşırsa qarşılaşsın, imanın verdiyi şövq, əzm və iradəylə böyük bir səbir göstərər. Ən çətin şərtlərdə belə əlindən gələnin, güc çatdıra bildiyinin ən çoxunu etməyə, içərisində olduğu çətin şərtlərə baxmayaraq başqalarına kömək etməyə çalışar. Allahın bu cür mühitləri insanları sınamaq üçün xüsusi olaraq yaratdığını, insanın rifah içərisindəykən olduğu qədər çətinlik içərisindəykən də fədakar bir əxlaq göstərməklə öhdəçilikli olduğunu bilər. Bolluq içindəykən infak edən bir insanın, darlıq içərisindəykən də eyni əxlaqa sahib olması lazım olduğunun fərqindədir. Digər insanların yaşadığı çətin şərtləri heç düşünmədən öz problemləriylə əylənməsinin Müsəlman əxlaqıyla uyğun gəlməyəcəyinin şüurundadır. İman sahibləri Allahın razı olacağı rəftarın əvvəlcə möhtac insanların köməyinə qaçmaq olduğunu bilərək hərəkət edərlər.

Quranda, Məkkədəki inkarcıların əziyyətləri səbəbiylə hər şeylərini geridə buraxıb çətin şərtlər altında Mədinəyə hicrət edən Müsəlmanların, orada olan möminlər tərəfindən ən gözəl şəkildə qarşılandıqları bildirilməkdədir. Bu kəslər, özlərindənsə hicrət edən mömin qardaşlarının rahatına əhəmiyyət vermiş və sahib olduqları hər şeyi sevə sevə onlarla paylaşmışlar. Özləri, ehtiyac içərisində qalsalar belə, onların rahatını üstün tutmuşlar. Quranda, Ənsar adı verilən Mədinəli Müsəlmanların, Mühacir olaraq adlandırılan Məkkədən hicrət edən möminlərə qarşı göstərdikləri bu üstün əxlaq belə bildirilməkdədir:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! (Həşr Surəsi, 9)

Bir başqa ayədə isə Allahın razılığını öz nəfislərinin məmnuniyyətindən üstün tutan Ənsar bu şəkildə müjdələnilməkdədir:

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə Surəsi, 100)

Hz. Əlinin fədakarlıqda olmanın nə qədər böyük bir nemət olduğunu belə dilə gətirdiyi rəvayət edilməkdədir:

Hz. Əli belə buyurur: “Bu iki şeydən hansının minnət cəhətdən daha böyük olduğunu bilmirəm:

Birincisi bir Müsəlman qardaşımın ehtiyacını aradan qaldırar düşüncəsiylə və xalis bir niyyətlə mənə müraciət etməsidir. İkincisi də Allah Təalanın onun ehtiyacının mənim əllərimlə aradan qaldırılmasının təmin etməsidir. And içirəm ki bir Müsəlman qardaşımın bir ehtiyacını qarşılamaq mənim yanımda dünya dolusu qızıl və gümüşün olmasından daha sevimlidir. 

Quranda, özləri də ehtiyac içərisində olduqları halda, əllərindəki imkanları yoxsullara, yetimlərə və əsirlərə verən möminlərin üstün əxlaqlarından da bəhs edilməkdədir. Bu üstün əxlaqlı Müsəlmanları Rəbbimiz bu şəkildə müjdələməkdədir:

Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. (İnsan Surəsi, 8-12)

Quranda verilən bütün bu nümunələr möminlərin nə qədər fədakarca bir əxlaq göstərə biləcəklərini gözlər önünə sərməkdədir. Bunun səbəbi isə, iman sahiblərinin həyatlarının hər anında Allah qorxusu ilə və vicdanlarının səsini dinləyərək hərəkət etmələridir. Onlar dünya həyatında Allahın razılığını qazana bilmək üçün infaq etdikləri hər şeyin, axirətdə qarşılarına Allahın diləməsiylə ən mükəmməliylə çıxacağını bilməkdədirlər. Bəlkə qısa davamlı bir ehtiyac çəkəcək, amma etdiklərinin qarşılığında Allahın sevgisini, yaxınlığını, dostluğunu və rəhmətini qazanacaqlar. Bu ümid isə hiss etdikləri bütün əskiklikləri unutduracaq, böyük bir sevinc qaynağı olacaq. Həqiqi fədakarlıq və həqiqi yaxşılıq ancaq bu şəkildə yaşana bilər. Rəbbimiz Quranda həqiqi yaxşılığın necə olması lazım olduğunu belə bildirməkdədir:

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə Surəsi, 177)

Burada bunu da xatırlatmaq lazımdır ki əlbəttə insan heç bir zaman üçün axirətdə nə ilə qarşılaşacağından əmin ola bilməz. Bu səbəblə möminlər də axirətə istiqamətli daimi bir ümid duymaqla birlikdə eyni zamanda da bir qorxu içərisindədirlər. Ancaq həyatlarının hər anını Allahın razılığına uyğun şəkildə və Quran əxlaqını yaşayaraq keçirdiklərini bilmələri bu ümidlərini davamlı olaraq güclü edər.


 << Geri