Get Adobe Flash player

Saytın əvvəlki hissələrində çətinliklərin münafiq xarakterli insanlarla, səmimi möminləri ayırd edən əhəmiyyətli bir imtahan vəsiləsi olduğundan bəhs etdik. Quranın bir çox ayəsində, gözəl mühitdəykən möminlərlə birlikdə hərəkət edən, mömin əxlaqına bənzər bir əxlaq göstərən, çətinliklə qarşılaşdıqlarında isə fərqli bir rəftar sərgiləyən insanlar haqqında məlumat verilməkdədir. Bir çox adam rifah mühitində bəzi çətinliklərə güc çatdıra bilər; ancaq çətinlik anında bu əxlaqı göstərməyəbilərlər. Hər nə olursa olsun təvəkkül edə bilmək, Allaha bağlılıqda qərarlı davrana bilmək, qarşılaşdığı çətinlikləri aşa bilmək üçün səy göstərə bilmək yalnız güclü bir imana sahib olanların göstərə biləcəkləri rəftarlardır.

Kimi insanlar bu həqiqəti görməməzlikdən gələr, rifah içindəykən etdikləri bəzi yaxşılıqları kafi görərlər. Çətinliklə qarşılaşdıqlarında isə, zamanında etmiş olduqları yaxşılıqları qarşıya qoyaraq fədakarlıqda olmaqdan qaçarlar. Ayrıca bunları dəlil göstərərək Quranda bildirilən fədakar ruhu yaşadıqlarını iddia edərlər. Bu əxlaqa sahib insanlar, özləri çətinlik içərisindəykən başqalarının problemləriylə maraqlanmanın vicdanı məsuliyyətləri olmadığını müdafiə edər və “başqaları etsin” məntiqiylə məsuliyyət götürməkdən qaçarlar.

Halbuki bu dünyagörüşü Quran əxlaqıyla heç bir şəkildə uyğun gəlməməkdədir. Allah insanları, həyatlarının hər anında gözəl əxlaqı yaşamaqla öhdəçilikli etmişdir. Bu səbəblə hər insan, səbirdə, təvəkküldə, səmimiyyətdə, dürüstlükdə, vəfa və sədaqətdə olduğu qədər fədakarlıqda da bir ömür müddətincə dayanıqlıq göstərməklə məsuldur. Allah insanın bu məsuliyyətini  “(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!” (Kəhf Surəsi, 46) ayəsiylə xəbər vermişdir. Quran ayələrində təsvir edilən fədakarlıq, öz mənfəətləriylə zidd düşən, hətta özünü riskə soxan, əmək verməsini, səbir göstərməsini tələb edən hadisələrdə də insanın sevə sevə fədakarlıqda olmasıdır.

Quran ayələrində, iman edənlərin çətinlik içərisində olduqları dövrlərdə etdikləri fədakarlıqlarla, rifah və təhlükəsizlik içərisindəykən göstərdikləri səyin bir olmayacağına diqqət çəkilməkdədir. Ehtiyac və çətinlik içərisindəykən, malından infak edən, səy göstərən bir kimsə Allah qatında dərəcə baxımından daha üstün tutulmuşdur. Quranda bu vəziyyət belə bildirilməkdədir:

(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Hədid Surəsi, 10)

Bir başqa ayədə isə Allah, “Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.” (Tövbə Surəsi, 42) sözləriylə ürəklərində imani bir zəiflik olan bu kəslərin çətinlik anlarında fədakarlıqdan qaçmalarının həqiqi səbəbini bildirmişdir. Asanlıq, rahatlıq və rifah içərisində olduqlarında, saleh möminlərlə birlikdə hərəkət edən bu insanlar, çətinliklərlə qarşılaşdıqlarında yorqunluğa qapılmaqdadırlar.

Saleh möminlər isə, özləri çətinlik içərisində olsalar belə, Allah qorxuları və səmimi imanları səbəbiylə fədakarlıq mövzusunda böyük bir əzm, dayanıqlıq və cəsarət göstərə bilərlər. Möminin Allahın razılığını qazanma mövzusundakı şövq və əzmi, içərisində olduğu çətinliklərə olan dünyagörüşünü də təməldən dəyişdirər. Çətinlik olaraq görülən hər cür hadisə, iman gözüylə baxıldığında mömin üçün asan bir hal alar. Allahın səmimi möminlərə, Quran əxlaqını yaşamaqda dayanıqlıq göstərənlərə, Allahın razılığını hər cür dünya mənfəətindən daha əhəmiyyətli görənlərə mütləq kömək edəcəyini bilmənin təvəkkülünü yaşayarlar.

Bu həqiqətin şüurunda olan möminlərin çətinlik anlarında fədakarlıq göstərməli, məsuliyyətli olmaları lazımdır. Allah kimlərin bu məsuliyyətdən azad olduğunu isə Quranın “Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə Surəsi, 91) ayəsiylə bildirmişdir. Allahdan qorxan vicdan sahibi bir insanın, bu həqiqətləri bilərək məsuliyyətdən qaçması, öz mənfəətlərinin arxasına düşməsi heç bir bəhanə ilə açıqlana bilməz. Çünki Allah bunu edən kəslərin üzr və bəhanələrinin etibarsızlığını Quranda Peyğəmbərimiz (s.ə.v) dövründən bir örnəklə belə xəbər verilməkdədir:

Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər! (Tövbə Surəsi, 93)


(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir! (Tövbə Surəsi, 94)

Bu kəslər, ətraflarındakı insanları göstərdikləri rəftarın qəbuliyyəti mövzusunda razı salmağa çalışaraq vicdanlarını rahatlaşdırmaq istəyərlər. Bəzən ailəvi, bəzən də ticari məsuliyyətlərini qarşıya qoyaraq, fədakarlıqda olmalarının zəruri bir vəziyyət olduğu təəssüratını vermək istəyərlər. Halbuki bütün bunların etibarsızlığını özləri də bilməkdədirlər. Dünya həyatındakı hər şeyin gəlib keçici olduğunun, əzəldən əbədə qədər baqi olanın yalnız Allah olduğunun və hər şeyin sonunda Rəbbimizə çevriləcəyinin şüurundadırlar. “Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)” (Hicr Surəsi, 24) ayəsiylə bildirildiyi kimi, Rəbbimiz bu kəslərin həqiqi niyyətlərini bilməkdədir. Ancaq buna baxmayaraq, Allahın razılığını qazanmaq yerinə nəfslərini məmnun etməyi seçərlər. Bu kəslər öz mənfəətlərini qorumalarının lehlərində olduğunu düşünərkən çox böyük bir yanılmaya düşərlər. Çünki insanın əsl lehinə olacaq olan, Allahın razılığından yana hərəkət etməsidir. Onu qoruyub gözləyəcək, ona nemət verəcək, təhlükəsizliyini, rahatlığını, dincliyini təmin edəcək olan yalnız aləmlərin Rəbbi olan Allahdır.

Göstərilən eqoist bir əxlaqın, iman edən bir insanı axirətdə olduğu kimi dünya həyatında da hörmətdən salacağı unudulmamalıdır. Allah Peyğəmbərimiz (s.ə.s.)a, mallarıyla və canlarıyla fədakarlıqda olmaqdan qaçan insanlara belə söyləməsini vəhy etmişdir:

Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!” (Tövbə Surəsi, 83)

Ayrıca çətinliklə qarşılaşınca geri çəkilmənin, yorqunluğa qapılmanın, öz mənfəətlərini Allahın razılığına seçmənin, Müsəlmanam deyən bir adamı axirətdə necə böyük bir peşimanlığa apara biləcəyi də unudulmamalıdır. İman sahibi bir insanın bütün bu həqiqətləri düşünərək və Quran əxlaqını gücünün çatdığı ən mükəmməl şəkildə yaşaması sonsuza qədər gedəcək belə bir peşmanlıq eşitməsini önləyəcək.


 << Geri