Get Adobe Flash player

Sovetlər Birliyinin dağılmasının arxasından Rusiya içindəki etnik qruplardan bəziləri müstəqilliklərini elan etdilər. İllərlə kommunist Rus rəhbərliyi altında çox böyük təzyiqlər görən 1 milyon əhaliyə sahib Çeçenlər, Cahar Dudayev rəhbərliyində başladıqları müstəqillik döyüşü nəticəsində 1996-cı ildə müstəqilliklərini elan etdilər.

1999-cu ildə Çeçen qazisi Şamil Basayevin özlərindən kömək istəyən Dağıstanlılara kömək etməsiylə başlayan yeni döyüş nəticəsində bəzi Çeçen kəndləri bombardman altına alındı. Bu kəndlərdən yalnız iki adam xilas ola bildi. Rus qüvvətləri Çeçenistan torpaqlarında önlərinə çıxan hər kəsi, qadın, uşaq ya da yaşlı demədən günahsız xalqı mərhəmətsizcə qətl etməyə və vətəndaşları bombalamağa başladılar. Kimyəvi bombaların, Scud və Napalm mərmilərinin istifadə edildiyi bombalamalar əsnasında da, xüsusilə xəstəxanaları, doğum evlərini, bazarları, mühacir konvoylarını hədəf olaraq seçdilər.

Rusların xalqa istiqamətli etdiyi vəhşi hücumlardan biri də bir çox Çeçen kəndinin istifadə etdiyi Argun Çayına zəhər qatmaq oldu. Zəhərli sudan içən qadın və uşaqlardan böyük əksəriyyəti ölərkən, yüzlərləsində də qalıcı təsirlər meydana gəldi. İki il içində Çeçenistan, əhalisinin dörddə üçünü itirdi. Bir qismi isə sığındıqları qonşu ölkələrdə çox çətin şərtlərdə həyatlarını davam etdirməyə çalışırdılar. Rusiyanın planı 2000-ci ilin Noyabr ayına qədər özləriylə mübarizə edən bütün Çeçen döyüşçülərini yox etmək idi. Ancaq bu planları reallaşmadı və Çeçen xalqı azadlığı üçün mübarizəyə davam etdi.

Müxtəlif insan haqqları təşkilatlarının Rus qırğınından qaçan Çeçen mühacirlərin vəziyyətiylə əlaqədar etdiyi araşdırmalar, burada yaşanan insan haqqları pozuntularının çox böyük ölçülərdə olduğunu göstərməkdədir. Kilometrlər yol gedərək Çeçenlər bir tərəfdən də aclıqla, susuzluqla və epidemiya xəstəliklərlə mübarizə edirdilər. Şiddətli soyuq və qar yağışı altında qadını, uşağı, yaşlısı, gənci ilə köç etməyə məcbur edilən insanlar, tərk edilmiş qatar vaqonlarında, sığındıqları qəsəbələrin axırlarında 2-3 ailə ilə bir yerdə çox çətin şərtlərdə həyat mübarizəsi verirdilər.

Mühacir düşərgəsinə sığınan Çeçenlər, qışlıq geyəcək tapa bilmədikləri üçün uşaqlarını məktəblərinə göndərə bilmirdilər.. Bura sığınanların aza qala yarısı şərtlərin pisliyi və şiddətli soyuğun təsiriylə xəstə olmuşlar. Həftələrcə isti yemək yeyə bilməyən və bu ağır şərtlərə dözə bilməyən Çeçen muhacirlər arasında vərəm, hepatit kimi xəstəliklər sürətlə yayılmış, ölümlər artmışdır. Bu vəziyyətə baxmayaraq bölgə ölkələrindən edilən köməklərdə də davamlı məhdudlaşdırmalar edilməkdə, şiddətli soyuq hava şərtləriylə, susuzluqla, aclıqla mübarizə edən bu insanlar tək bir dilim çörək tapmaqda da çətinlik çəkirdilər. (Ətraflı məlumat üçün baxın. İslamın Qışı, Gözlənən Baharı)



 << Geri